Əgər bir arzunuz və xəyallarınız varsa onu yerinə yetirməkdən qorxub, qaçmayın - istedadlı rəssam Sənan Cəlilov deyir (FOTO)
16 yaşlı Sənan Sadaxlı kəndində yaşayır və həmin kəndin 2 saylı məktəbininin 11-ci sinif şagirdidir.

Sənan rəsm çəkmək bacarığı ilə öz yaşıdlarından seçilir. O, artıq 6 ildir ki, Marneuli Gənclər Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyində rəssamlığın incəliklərini öyrənir.

“İlk dəfə 3 yaşımda olarkən maşın şəkilləri çəkirdim. 4-cü sinifdən başlayaraq daha gözəl və mənzərəli şəkillər çəkməyə başladım. Bu maraq məndə xalamdan və anamdan irəli gəlir. Elə bu marağımı görən valideynlərim hələ 10 yaşımda olarkən məni Marneulidə yerləşən “Tea House”-da (“Çay Evi”) fəaliyyət göstərən rəsm kursuna yazdırdılar. Artıq 6 ildir ki, rəsmlə məşğul oluram”, – Sənan deyir.

Sənanın sözlərinə görə, rəsm çəkdiyi zamanlar özünü olduqca rahat və yaxşı hiss edir. O, bildirir ki, ən çox insan portreti çəkərkən insanın ağız nahiyəsində çətinlikləri olur. Buna baxmayaraq Sənan deyir ki, insan portretini çəkməyə marağı digər rəsmlərə nisbətən daha çoxdur. Hətta o, sifariş ilə insan portretləri də çəkir. İlk dəfə müəllimi üçün çəkdiyi şəkildən 25 lari pul götürüb və həmin pula isə yeni və rəngli karandaşlar alıb. Dostları Sənanın çəkdiyi şəkilləri çox bəyəndikləri üçün rəssamlığa davam etməsini məsləhət görürlər.

Gənc rəssam, çəkdiyi şəkillərin “Tea House” da payız aylarından başlayaraq sərgilənəcəyini bildirdi.

Rəsm çəkməklə məşğul olmasına baxmayaraq o, gələcəkdəki ən böyük arzusunun memarlıq olduğunu bildirdi.
Müəllif: Dürdanə Xudiyeva

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər