Dmanisoba – köçürülmüş (kopyalanmış) bayram və mədəniyyətin dominasiyası (üstünlüyü) mexanizmi
Azərbaycanlı ailələrin birində bu ilki damnisoba bayrımı epizodu barəsində müsahibim bildirir: “Dmanisoba bayramı zamanı piknik yerlerine öz istəkləri ilə kiçik musiqi qrupu gəmişdi, öz musiqi alətləri - davul və zurna ilə. Konsert hələ başlamamışdı, bir nəfər bu musiqiçilərə bir azərbaycan milli musiqisi sifariş verdi.

Milli musiqinin səsini eşidənlər səhnənin ətrafını tərk edərək bu tərəfə gəldilər və rəqs etməyə başladılar. Tanışlar, bir birini tanımayanlar, böyüklər və gənclər, hamı bir yerdə rəqs edirdi. Mənim üçün birlik məhs budur: ürəklə, həvəslə və şənlənərək bayramı qeyd etmək” . Anqac müsahibimin qohumu azərbaycanlı qadın mənə belə deyir: “tezliklə bizə bir gürcü qadın yaxınlaşdı, geyinmiş olduğu köynəyin üzərində “Damisi” və ya “Dmanisoba” yazısı var idi, yəqin ki təşkilatçı idi. Bizə bildirdi ki, belə olmaz. Rayon rəhbərliyi buna icazə vermir və heç nə ifa etməyin.

Ancaq xalq ailəsi ilə birlikdə əylənirdi və cox adam azərbaycan milli musiqisi sifariş vermək istəyirdi. Biz bu qadına izah edirdik ki, bu bizim mədəniyyətmizdir, adi musiqidir. Yekun olaraq bu qadın əsəbləşmiş halda geri qayıtdı. Bundan sonra o bizə yaxınlaşmadı və narahat da etmədi”.
Bu epizod Dmanisoba bayramına gedən yerli azərbaycanlıların rastlaşdığı üzücü hallardan biridir. Bu bayramda öz mədəniyyətlərini qeyd etmək və nümayiş etdirmək əvəzinə, onların fikrincə yerli hakimiyyət dolayı yolla onlara bildirir ki, sizin mədəniyyət Gürcüstan mədəniyyəti çərçivəsində təsəvvür edilmir. Icmanın bir neçə fəalı Dmanisoba bayramına etriaz edir və bildirir ki, bu bayram tərtib olunan andan problemlidir.

Başqa icma üzvləri isə bildirirlər ki, bu gün azərbaycan mədəniyyətinin dışlanması, Gürcüstan azərbaycanlılarının ikinci dərəcəli hesab edlməsi və gürcü mədəniyyətinin dominasiyası (üstünlüyü) gününə çevrilib və onların bildirdiyinə görə bütün bunlar ən sərt formada bu il hiss olunurdu.



Dmanisoba bayramının qeyd olunması 2016-cı ildən başlayıb və bundan sonra hər ilin 26 iyul tarixində Pantiani gölünün ətraf ərazisində bu bayram qeyd olunur.

Ancaq bu bayram həmin gün və həmin yerdə, təximinən 2009-cu ildən Elat Bayramı olaraq, köçərilərə həsr olunan bayram kimi, çoban günü kimi qeyd olunurdu. Müsahibimin bildirdiyinə görə Elat Bayramı “azlıqların bayramı” idi, burada azərbaycanlılar öz mədəniyyətlərini nümayiş etdirə bilirdilər.

Baxmayaraq ki bu bayram sadəcə son illərdə qeyd olunurdu və əvvələr sadəcə kiçik qruplar bunu qeyd edirdi, bu bayram yerlilər üçün öz mədəni kimlik məzmunu və əhəmiyyəti daşıyırdı. Məhz buna görə də icma üzvləri hesab edirlər ki, Elat Bayramı əvəzinə Dmanisoba Bayramının qeyd olunması ilə milli azlıqlar üçün ən mühüm olanı itirilib: “faktiki olaraq sadəcə bizim bayramımızın adını dəyişdirdilər və gürcü mədəniyyətinə üstünlük verdilər....

əvvələr Elat Bayramında Gürcüstan üzrə mövcud olan fərqli mədəniyyətlər təmsil olunurdu, hansı ki, bütün gürcüstana aid idi və sadəcə gürcü etnosuna yox, indi isə sadəcə milli gürcü mədəniyyətidir”, fəallardan biri belə deyir: “nəyə görə dəyişiblər adını və nə üçün Dmanisoba adı veriblər, bu mənim üçün məlum deyil.....” milliyətcə azərbaycanlı olan müsahibim mənə belə deyir, o, hər il 26 iyul tarixində Tiflisdən Dmanisə gedir və dmanisoba bayramının əvəzinə öz dostlları ilə Elat Bayramını qeyd edir.


Fəallardan birinin fikrincə, Elat Bayramı hökumət üçün milli azlıqların bir yerə toplaşmasına görə problemə çevrilib: “qorxurlar ki, hardasa milli azlıqlar bir yerə toplaşıblar...... nədən qorxurlar? Bizim hər birimizin öz mədəniyyətimizi qorumaq və təqdim etmək hüququmuz var”.



Məqalə üzərində işəylərkən Dmanis yerli özünüidarəetmə orqanının nümayədələrindən müsahibə götürməyə cəhd etdim və Elat Bayramının təsdiq edilməsinin və sonradan onun ləğv olunması qərarının əsaslandırlmasını və Dmanisoba Bayramı ilə bağlı əlavə izahatlar almağa çalışdım.

Ancaq dəfələrlə müraciyyətimə, əlaqə saxlamama və gözləməyimə baxmayaraq, Damisi meriyası ictimayi məlumatı və izahını bizimlə bölüşmədi. Elat Bayramının qeyd olunması tarixçəsi ilə bağlı yerli əhalinin bilik və yanaşması birmənalı deyil. Ancaq Bayramın və mədəniyyət tədbirlərinin bu formada qeyd olunması, hansı ki, yerli icma ilə demokratik məsləhətləşmələrə əsaslanmır və onun təyin edilməsi və ləğv edilməsi yerli özünüidarəetmə orqanının öz qərarı ilə olması yadlaşmaya səbəb ola bilər.

Mədəniyyət siyasəti sahəsində dövlətdən xüsusi ehtiyat və həssaslıq tələb olunur ki, onun tərəfindən həyata keçirilən müdaxilə yerli əhalidə mədəniyyətlərinin və kimliklərinin silinməsi, dışlanması qorxusu yaratmasın. Dışlanma hissi daha çox artır, nə vaxt ki, yeni bayramın məzmunu inkuliziv məzmun daşımır və azlıqların mədəniyyətlərini, adət-ənənələrini tam olaraq dışlayır. Azlıqlar yaşayan regiyonlarda bayramların və mədəni tədbirlərin yaradılması və süni şəkildə tərtib edilməsi milli dominasiya (üstünlük) cəhdi kimi qəbul edilə bilər və bu azlıqlar qruplarının sosiyal etibarını, duruşunu və dövlətlə özünü fərd olaraq görülməsini zəiflədir.

Bayramın video yazısı göstərir ki, səhnədən tez-tez Dmanisobanın birlik bayramı olduğu eşidilir, lakin, azərbaycanlı əhalinin bildirdiyinə görə, bu bayram əksinə daha çox əks məzmun daşıyır: “sadəcə olaraq hüquqi olaraq başqa cür demə ixtiyarları yoxdur. Sözlə demək başqadır, əməldə bunu etmək isə tamam başqa.

Onlar ki deyirlər bu bayram azlıqların və etnik gürcülərin birlik günüdür, bəs onda nə üçün səhnədə heç bir çıxış azərbaycan dilində deyil? Azərbaycan dilində heç bir şeir deyilməyib” - yerli azərbaycanlı sakin bele deyir. Yerli əhalinin bildirdiyinə görə səhnədən milli gürcü misiqisi və rəqsi, eyni zamanda gürcü və ingilis dillərində musuqilər eşidilirdi, ancaq, azərbaycan mədəniyyəti burada təsvir olunmamışdır: “biz ele bildik ki, bizim aşıqlar da olacaqdırlar ancaq, müəyyən etdik ki, rəsmi olaraq heç bir aşıq dəvət edilməyib. Çıxış üçün heç yer də ayırmayıblar..... sonra gördüm ki, konsert iştirakçılarından heç biri azərbaycanlı deyil, azərbaycanlı soyadı olan bir qız çıxış etdi, o da gürcü mahnısı ifa etdi” - fəllardan biri belə deyir.

Yerli sakinlər bildirirlər ki, rəsmi konsertdən əlavə Dmanisoba bayramına gedən əhaliyə azərbaycan mədəniyyəti başqa formada da təqdim edilməyib. Bələdiyyənin elannında qeyd olunurdu ki, azlıqların mədəniyyətləri milli azlıqların mətbəxləri ilə belə olsa təqdim olunacaq, acaq Gürcüstan azərbaycanlıları yeganə bir yemek xatırlayırlar və onlar bildirirlər ki, bu əsasən azərbaycanıların yaşadığı regyonun mədəniyyətini təqdim etmək üçün yetərli deyil.

Iştirak edənlərdən biri Dmanisoba bayramında azərbaycan mədəniyyətinin təmsil olunmasının əhəmiyyətindən danışır: ”əgər tolerantlıq və dostluq günüdürsə, nə üçün Gürcüstan müsəlimanları mədəniyyəti barəsində stend yox idi? Sərgidə hər hansısa azərbaycanlılara və ya türklərə aid bir şey olmamalı idi?! Məsələn Borçalı xalçaçılıq məktəbinin xalçaları, onlar tam olaraq unikal ornametlərlə bəzərdilib və yerli olaraq, buralı, Gürcüstan fenomenidir. Buda Gürcüstan irsinin bir hissəsidir, çünki azlıqlarda Gürcüstanı təmsil edirlər. Bu burada yaşayan azərbaycan dilli əhalinin mədəni varisliyidir”. Gürcü azərbaycanlılarının bildirdiyinə görə “tolerantlıq günü” əsas azlığın mədəniyyəti müvafiq olaraq Gürcüstanın rəngarənkliliyidə tam olaraq yoxa çıxmışdı.





Hətta daha da artığı konsert açılan zaman deyilən şeir orada olan fəalların etirazına səbəb oldu: “mərasim “mən gürcüyəm” şeiri ilə başladı, çox emosiyanal və vətənpərvər (patriot) çıxış idi. Müharibəyə getməmişdən əvvəl olan çağırışa oxşayırdı. Bu şeirdən sonra mərasimi açıq elan ediblər”. Orada olan fəallar üçün bu şeir onun göstəricisi idi ki, bu bayram sadəcə milliyyətcə gürcü olan şəxslərə aiddir. “ [..] necə olabilər ki, həm birlik ambisyan olsun həmdə ilk sözünlə diqqəti milli mənsubiyyətə yönəldəsən və gürcü milli mənsubiyyətinə ütünlük verəsən. təbii ki, bura Gürcüstandır və gürcülər bu ölkənin əhəlisinin çoxluğunu təşkil edirlər, bu heç kim üçün təəccüblü deyil, ancaq sən əgər deyirsənsə, bu birlik günü simvoludur, onda hər hansısa bir formada bu göstərilməlidir. Orada isə ümumiyyətlə rəngarənglik yox idi” – fəallardan biri bele deyir.
Yerli sakinlər düşünürlər ki, Dmanisoba bayramı Gürcüstan azərbaycanlıları üçün bir növ bildirişdir ki, onların mədəniyyətinə Gürcüstanda yer yoxdur: “Azərbaycandilli əhalinin çox olduğu yerlərdən olan sakrebulo və ya yerli özünüidarəetmə orqanı üzvləri inanmıram ki, yerli əhalinin mədəniyyətini tanımsınlar. Daha çox bele düçünürəm ki, bütün bunlar qəstən edilir və heç də məlumatsızlıqla əlaqəli deyil. Əgər həqiqətəndə bizim mədəniyyətmiz barəsində heç nə bilmirlərsə bu cür insanlar vəzifədə olmamalıdırlar". Onların fikrincə, Dmanisoba bayramının məhz Elat Bayramı günü və bu formada keçirilməsi, azlıqların mədəniyyətinə qarşı biganəliyə xidmət edir və bu cür simvolik aktla milli çoxluğun dominant vəziyyətdə olduğunu göstərir. Aşkar faktdır ki, Dmanisoba Bayramının vedeolarında və şəkillərində görünür ki, pravaslar din xadimləri tamaşaçıların ön sralarında oturublar və səhnədə baş episkomos Zenona da soz verilir, o, azlıqlar barəsində danışır ancaq, öz çıxışında bildirir ki, Dmanisi xiristian ərazisidir. Başqa din nümayəndələri nə videoda nədə şəkillərdə görünmüllər.



Müsahiblərim tez-tez təkrar edirlər ki, Gürcüstan onların ölkəsidir və bu ölkədə öz mədəniyyətlərini təqdim etmək onlar üçün mühün yer tutur: “Öncə mən özmü və öz kimliyimi, öz mədəniyyətimi sevməliyəm. İnsan əgər öz mədəniyyətini sevmirsə başqasınınkını da sevməyəcək!” - azərbacanlı icma üzvü, aşıq belə deyir. Gürcüstan azərbaycanlıları üçün öz mədəniyyətlərinin ifadə edilməsi Gürcüstan mədəniyyəti ilə ziddiyyət təşkil etmir, əksinə onun bir hissəsidir: “mən öz Gürcüstanımla fəxr edirəm. Başqa yerlərdə musiqiçi olaraq Gürcüstan adından çıxış edirəm, Gürcüstanın adını ucaldıram, çünki, Gürcüstan vətəndaşıyam və Gürcüstanın evladıyam”,- aşıq belə deyir.
Dmanisi bələdiyyəsinin Facebook səhifəsindən oxuyuruq ki, Dmanisoba “dostluq, tolerantliq günüdür. Əgər biz demokratik və inkişaf etmiş cəmiyyət istəyiriksə, tolerantlıq əsas prinsiplərdən biridir, Dmanisi bələdiyyəsi dostsevər bələdiyyədir, bizimlə dostluq etmək istəyən hərkəsə dostluq əlmizi uzadırıq". Yerli azərbaycanlılar düşünürlər ki, bu boş sözlərdir və onun arxasında fəal addımlar yoxdur, bunadan əlavə bu elanın özü də problemlidir. Bu elan özlüyündə göstərir ki, bələdiyyə üçün Gürcüstan əhalisinin müəyyən hissəsi gürcü ictimaiyyətinin daxilində hesab edilmirlər və onlar sadəcə dostdurlar. Bu yanaşama ekskuliziv olaraq inkuluziya vasitəsi kimi qiymətləndirilə bilər, bu halda cəmiyyətin dominant hissəsi və ya onların nümayəndələri azlıqlarla birliyi göstəriş üçün etməyə çalışır, ancaq onların dili və təcrübələri azlıqları dominant qrupdan fundamental olaraq “fərqli” qrup olaraq ayırmağa və göstərməyə çalışır. Nəticə olaraq azlıqlar cəmiyyətin orqanik bir hissəsi olmurlar, əksinə onlar daha çox dışlanırlar və ya uzaqlaşdırılırlar. Yerli azlıqların bir hissəsi düşünür ki, onlara qarşı olan ədalətsizlik barəsində səsini çixarma hüquqları da yoxdur.
Dmanisoba bayramını Gürcüstanda Azərbaycan mədəniyyətinin silinməsi və başqa bayram olaraq kompyalanması cəhdi olaraq adlandıra bilərik, bu isə gürcü mədəniyyətinin dominasiyasına (üstünlüyünə) xidmət edir. Sosyal elmlərdə “silmək” (erasure) termini, bəzi insanın və ya insanlar qrupunun yoxa çıxması və görünməz vəziyyətdə olması deməkdir, əksər hallarda bu həmin qrupa qarşı kollektiv biganəlik göstrəmək yolu ilə olur (Irvine and Gal 2000, 35-84). Silmə təcrübəsi mövcud olan qaydalara tabe olur və onu mökəmlədirir və əksər hallarda narrative xarakter daşıyır. Bu təcrübə insanların müəyyən qrupunu hadisələrin və dominant narrativin mərkəzinə qoyur, başqalarından fərqli olaraq onlara üstünlük verir, başqa qrupları isə nisbətən az dəyərə sahib olan kimi hesab edir – onların narrativlərini dinləmir, onları susdurur, onlara qaşı biganəlik edir və ya ümumiyyətlə onları unudur. “Kopyalamaq” təcrübəsi biganəlikdən daha çox hakimiyyət üçün hansısa problem elementlərinin – faktların, xəbərlərin və ya hər hansısa vəziyyətin dəyişdirilməsi və ya onların məzmununun başqa cür interpretasiyasının aktiv prosesi və gücdən istifadə etmənin və dominasiyanın effektli silahlarından biridir. Gürcüstan azərbaycanlılarının bildirdiklərinə görə, onları narahat edən məsələ odur ki, öz mədəniyyətlərini ifadə etdikləri günün, Elat Bayramı alternative bayram olaraq “kopylanıb” və bu yeni bayramla azərbaycan icmasının mədəniyyəti laqeydliyə məruz qalıb, bunun nəticəsində yerli sakinlər özlərini görülməz, problemli və ya ikinci dərəcəli olaraq hiss ediblər.


Dmanisi bələdiyyəsinin əhalisinin 65.5% etnik azərbaycanlıdır (2014-cü il əhalinin qeydə alınmasının əsas nəticələri 2018, 328-329). Buna baxmayaraq milli bayramlardan 2019-cu ildə ilk dəfə olaraq Novruz Bayramı kiçik maştablı olaraq qeyd edilib ancaq, burada da Azərbaycan mədəniyyəti minimal səviyyədə təqdim edilib. Yerli sakinlərin bildirdiklərinə görə, Dmanisoba və ümumiyyətlə yerli hakimiyyətin mədəniyyət siyasəti göstərir ki, azlıqlar Gürcüstanın tam üzvləri deyillər və onlara daha çox qonaq kimi baxırlar. Kəndlərdə, rayonlarda və başqa kənd mühitində bayramların qeyd olunması və festivallar, mədiniyyətin ifadə olunmasında böyük rol oynaya bilər və həmçinin eyni zamanda azlıq üzvləri ilə qarşılıqlı inam və solidarlığın güclənməsində də. Bir neçə fəal bildirir ki, hökümətin təəccüblənməsinin səbəbi məhz bu olabilər, bu isə Elat Bayamının dövlət tərəfindən Dmanisoba ilə əvəzlənilməsinə gətirib çıxarıb. Bəzi fəallərın fikirincə, “dövlət öz vətəndaşını potensiyal təhlükə hesab edir” və azlıqları bir-birilərinə qarşı solidar olmasını qorxu olaraq görür. Mənim müsahiblərim öz vətənləri olaraq Gürcüstanı hesab edirlər, onun tam vətandaşı olmaq istəyirlər və istəyirlər ki, onların mədəniyyəti də etnik gürcülərin mədəniyyəti kimi Gürcüstanın mədəniyyətinin bir hissəsi olsun, onların biri-birilərinə qarşı olan solidarlığlı arzu edilən, onların öz mədəniyyətlərini ifadə etməsi isə qanuni olsun.


foto:Dmanisi bələdiyyəsinin Facebook səhifəsi

Mənbə: https://emc.org.ge/ka/products/dmanisoba-gadatserili-dghesastsauli-da-kulturuli-dominatsiis-mekanizmi?fbclid=IwAR3FZwuW30uAGRw9udo97-PmyD2t6JTrayiUCKyEIrf3BIMcFbx_UlkgE2E
Print Email
FaceBook Twitter Google