Baxtadze Batiaşvilinin istefasından sonra: "Təhsil milli ideyadır"
“Təhsil milli ideyadır və onun alternativi yoxdur” – Bu barədə Mixeil Batiaşvilinin istefasından sonra keçmiş Baş nazir Mamuka Baxtadze yazıb.

Batiaşvili 7 noyabrda vəzifəsindən istefa edib. Onun vəzifəsini kimin icra edəcəyi hələki hökumət tərəfindən dəqiqləşdirilməyib. Keçmiş Baş nazir Mamuka Baxtadze Batiaşvilinin nazirliyini tərifləyib və yazıb:

“Mixeil Batiaşvili bu milli sxemə öz vacib töhfəsini Verdi, bunun üçün ona təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzu edirəm. Qeyd edilməlidir ki, onun nazirliyi dövründə mədəniyyət və idman istiqamətində böyük uğurlarımız oldu”- o, yazıb.

“Həmçinin, elmi istiqamətdə əldə olunan uğurları da qeyd etmək istəyirəm. Xüsusən “EUROXESS”-ə üzv olmağımızı vurğulamaq istərdim. Bu bizim alimlərimizə və tədqiqatçılarımıza imkanlar yaradacaq. Hökumətə və nazirlik komandasına milli ideyanın inkişaf prosesində uğurlar arzu edirəm”-
M.Baxtadze yazıb.

“Ən əsası odur ki, milli ideya qanunvericilik səviyyəsində qorunur və hökumətə büdcənin dörddə bir hissəsini təhsilə istiqamətləndirmək öhdəliyi qoyur. Avropa İttifaqı ilə inteqrasiya prosesinə məhz təhsil sahəsi ilə başlamağımız da simvolikdir”- keçmiş Baş nazir yazıb.

Mənbə: Netgazeti



Print Email
FaceBook Twitter Google