Tbilisi Dövlət Azərbaycan dram teatrının aktyorları və əməkdaşları işdən azad olundular
Tbilisi Dövlət Azərbaycan dram teatrının aktyorları və direktor müavini işdən uzaqlaşdırılıblar.

Aktyorların və eləcə də direktor müavinin hansı səbəblə işdən azad olunduğunu öyrənmək üçün direktor müavini Namiq Hacıyev ilə əlaqə saxladıq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 25 mart tarixində onlara məktub gəlib ki, siz 11 mart tarixindən işdən azad olunubsuz və işdən azad olunmalarının əsas səbəbi 2019-cu ilin yanvar ayında dram teatrına təyin olunmuş bədii rəhbər Turqay Vəlizadədir. Onun sözlərinə görə, teatr bərpa olunduğu gündən T.Vəlizadə ilə birlikdə çalışıblar. Namiq Hacıyev iddia edir ki, nazirlik xüsusi olaraq Vəlizadəni teatrı çökdürmək məqsədi ilə direktor vəzifəsinə təyin edib.

“Elə ilk addımından Turqay bəy özünü büruzə verdi və tanıtdı. Təqdimatlar hər zaman teatrın özündə olur. Lakin bu səfər təqdimat nazirlikdə baş tutdu və heç kim getməmişdi. Biz bilirdik ki, bunun bu şəkildə təqdim olunması, təyin olunması axırda hansı nəticəyə gəlib çıxacaq”,
– Namiq Hacıyev dedi.

O, bildirdi ki, Gürcüstanda fəaliyyət göstərən və əsası 2018-ci ildə qoyulan “Era” teatrının tamaşalarının məşqləri hər zaman Tbilisi Dövlət Azərbaycan dram teatrında olub və teatrın keçmiş rəhbəri də onlara dəstək olub. Namiq Hacıyev deyir ki, əvvəllər teatrda tamaşalar zamanı ən aktiv şəkildə iştirak edənlər “Era”nın gənc aktyorları olublar. Lakin Vəlizadənin direktor vəzifəsinə təyin olunmasından sonra gənclər teatrdan uzaqlaşdırılıblar.

“Özü gəldi, özünü yeni direktor elan etdi. Azərbaycanlı müsahibimiz var idi, onu işdən uzaqlaşdırdı və özünün gürcü mühasib tanışını işlə təmin etdi. Bunların hamısı yanvar və mart ayında baş verib. Aprel ayında işçilərə premiya verildi və 1 aydır işləyən yeni müsahibə premiya verdi və illərlə işləyən işçilərin çoxuna premiya vermədi və ayrı-seçkilik etdi. Dəfələrlə söz verdi ki, işçilərə məzuniyyətə çıxmazdan öncə premiya veriləcək, amma belə olmadı”, – direktor müavini Namiq Hacıyev dedi.

Namiq Hacıyevin sözlərinə görə, o, köhnə tamaşaları bərpa etməyə başladı.

"Təyin olunandan köhnə tamaşaları bərpa etməyə başladı (Çünki vaxtilə bu tamaşaları Qoça Kapanadze bunun adı ilə qurmuşdu). Aktyorlar buna etiraz etdi, çünki artıq bu tamaşalar öz aktuallığını itirmişdi. Ancaq bunu yeni tamaşalara quruluş vermək bacarığı olmadığında aktyorlara "mən bu tamaşaları bərpa edirəm, nə xoşunuza gəlmirsə, nazirliyə şikayəy edin" cavabını verdi. Ümumiyyətlə hər etirazımıza onun cavabı belə idi: "mən belə istəyirəm, xoşunuza gəlmirsə, nazirliyə etirazınızı bildirin", - Namiq Hacıyev dedi.

O, qeyd etdi ki, 2018-cu ildə SOCAR şirkəti teatra maddi dəstək olaraq 15000 dollar məbləğində pul ayırıb. Bu məbləğ keçmiş bədii rəhbər tərəfindən hər dəfə premiya olaraq işçilərə paylanılıb. Hacıyev deyir ki, Vəlizadə rəhbər təyin olunduğu gündən bütün bunlar təkrar olunmayıb və o, istədiyi insanlara premiya verib istəmədiklərinə isə verməyib. Bununla bağlı ona zəng edildikdə isə telefona cavab verməyib.

Namiq Hacıyev deyir ki, teatr 7 aydır ki, cəmi 2 nəfər üzərində işləyir və bundan artıq aktyor aktrisa yoxdur. Hacıyev deyir ki, məsələ ilə bağlı məhkəməyə şikayətlərini təqdim ediblər. Yaxın günlərdə isə ictimaiyyətə açıq məktub şəkilində müraciət edəcəklər.

Namiq Hacıyev teatrın xalqın olduğunu dedi və bildirdi ki, məsələ ilə bağlı hər kəs maraqlanmalıdır.

Tbilisi Dövlət Azərbaycan dram tetrının rəhbəri Turqay Vəlizdədən direktor müavininin və aktyorların işdən azad olunmaları ilə bağlı məlumat aldığımız zaman yenidən paylaşım edəcəyik.

İşdən azad olunanlar – Namiq Musayev, Vüqar Maşov, Anar Rafiqoğlu, Azər Musaoğlu, Binəli İslamoğlu, Fazil Bayramov, Şeyla Cəfərova, Namiq Hacıyev, Qaxa Lazarişvili və daha iki nəfər.


Print Email
FaceBook Twitter Google