Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin ikinci hissəsi təqdim edilib (VIDEO)
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin ikinci hissəsi tamaşaçılara təqdim edilib. Çəkiliş işləri Marneuli şəhəri ilə yanaşı Tbilisi şəhəri və Əzizkənd və Kəpənəkçi kəndlərində baş tutub. Filmin əsas mövzusu Marneulidə yaşayan gənclərin həyat tərzidir. Bir saatlıq filmdə əsasən gənclərin zorla evləndirilməsi, qızların qaçırılması əks olunub. Film real hadisələr əsasında çəkilib.

Filmin ssenari müəllifi və rejissoru Elmar Xəlilov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, birinci “Rayon” filmi kriminal hadisələr əsasında çəkilmişdi. Amma ikinci filmin mövzusu dram janrındadır. Onun sözlərinə görə, bu filmdə sevgi mövzusuna toxunublar.

Film maliyyə dəstəyi olmadan çəkilib. Xəlilov bildirdi ki, gələcəkdə yeni filmlərin çəkilişini də planlaşdırırlar. Amma bunun üçün maliyyənin olması çox önəmlidir.

Elmar Xəlilov onu da bildirdi ki, Marneuli meriyasının “Gənc İdeyalar Müsabiqəsi”-nə də qatılıb və onun layihəsi qalib gəlib. O, qazandığı layihə ilə texniki avadanlıq almağı və gələcəkdə daha keyfiyyətli filmlər çəkməyi düşünür.

Qeyd edək ki, filmdə 10 nəfər həvəskar aktyor çəkilib, daha 5 nəfər isə epizodlarda iştirak edib.


FaceBook Twitter Google