24 noyabr tarixində
“Mer2” filminin təqdimatı
keçirilib.
Filmin ssenari müəllifi və rejissoru Tbilisi Azərbaycan Dövlət Dram
Teatrının keçmiş aktyoru Binəli İslamoğludur. O,
“Marneuli” radiosu ilə söhbəti
zamanı
“Mer2” filminin Qardabani sakinlərini
narahat edən problemləri işıqlandırmaq məqsədi ilə çəkildiyini
bildirdi.
Filmdə Binəli İslamoğlunun oğlu
İslam
Akif mer rolunda iştirak edir.
“Balaca
mer” rayonda sakinlərin narahatçılığına səbəb olan
problemləri göstərir və həlli üçün əməkdaşlarına tapşırıqlar
verir.
İslamoğlunun sözlərinə görə, mer filminin təqdimatında filmdə rol
alan şəxslər və onların ailə üzvləri iştirak ediblər.
“Könül istərdi ki, daha çox qonaq dəvət edək. Amma
pandemiyaya görə təqdimat mərasiminə məhdud sayda insanlar dəvət
etdik. Mərasimdə əsasən filmdə rol alan aktyorlar və onların
yaxınları iştirak etdilər. Uşaqlarda incəsənətə maraq yaratmaq üçün
çalşdıq ki, filmdə daha çox uşaq iştirak etsin.”
O,
“BEEZ FİLM” ailəsi olaraq gələcəkdə azyaşlı
uşaqlarla daha böyük işlər görmək kimi planlarının olduğunu və
uşaqlarda teatra maraq oyatmaq üçün əllərindən gələni edəcəklərini
dedi.
Qeyd edək ki, film təqdimatının sonunda "GeoWlan" internet
şirkətinin direktoru Habil Əliyev balaca aktyorlara həvəsləndirici
hədiyyələr təqdim edib.
Məlumat üçün bildirək ki, Filmdə Tiflis Azərbaycan Dövlət Dram
Teatrının keçmiş aktyoru Azər Musaoğlu, Zəhra Akif, Flora Əliyeva,
Rauf Mamedov, Eldar Əliyev, Necati Əliyev, Rasim Həsənov, Yavər
Naibov, Ramil Əhmədov, Rafail Əhmədov və Araz Əliyev rol
alıblar.
Onu da əlavə edək ki,
"Mer1" filmi bu ilin aprel ayında tamaşaçılara
təqdim olunub.