Xəbərlər
Qardabanidə “Mer2” filminin təqdimatı keçirildi (VİDEO/FOTO)
24 noyabr tarixində “Mer2” filminin təqdimatı keçirilib.
Filmin ssenari müəllifi və rejissoru Tbilisi Azərbaycan Dövlət Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğludur. O, “Marneuli” radiosu ilə söhbəti zamanı “Mer2” filminin Qardabani sakinlərini narahat edən problemləri işıqlandırmaq məqsədi ilə çəkildiyini bildirdi.

Filmdə Binəli İslamoğlunun oğlu İslam Akif mer rolunda iştirak edir. “Balaca mer” rayonda sakinlərin narahatçılığına səbəb olan problemləri göstərir və həlli üçün əməkdaşlarına tapşırıqlar verir.

İslamoğlunun sözlərinə görə, mer filminin təqdimatında filmdə rol alan şəxslər və onların ailə üzvləri iştirak ediblər.

“Könül istərdi ki, daha çox qonaq dəvət edək. Amma pandemiyaya görə təqdimat mərasiminə məhdud sayda insanlar dəvət etdik. Mərasimdə əsasən filmdə rol alan aktyorlar və onların yaxınları iştirak etdilər. Uşaqlarda incəsənətə maraq yaratmaq üçün çalşdıq ki, filmdə daha çox uşaq iştirak etsin.”

O, “BEEZ FİLM” ailəsi olaraq gələcəkdə azyaşlı uşaqlarla daha böyük işlər görmək kimi planlarının olduğunu və uşaqlarda teatra maraq oyatmaq üçün əllərindən gələni edəcəklərini dedi.

Qeyd edək ki, film təqdimatının sonunda "GeoWlan" internet şirkətinin direktoru Habil Əliyev balaca aktyorlara həvəsləndirici hədiyyələr təqdim edib.

Məlumat üçün bildirək ki, Filmdə Tiflis Azərbaycan Dövlət Dram Teatrının keçmiş aktyoru Azər Musaoğlu, Zəhra Akif, Flora Əliyeva, Rauf Mamedov, Eldar Əliyev, Necati Əliyev, Rasim Həsənov, Yavər Naibov, Ramil Əhmədov, Rafail Əhmədov və Araz Əliyev rol alıblar.

Onu da əlavə edək ki, "Mer1" filmi bu ilin aprel ayında tamaşaçılara təqdim olunub.





Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
ICON_SEP Print ICON_SEP