Wikipediaya Gürcüstanlı idmançılar haqqında məlumatlar yerləşdiriləcək – Mehman İbrahimov (FOTO)
“Wikimedia Gürcüstan” ın sədri Mehman İbrahimov gənc idmançıların tanınması üçün Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə birgə memorandum imzalayıb.

Memoranduma əsasən gürcü və ingilis dillərində Gürcüstanlı idmançılar haqqında Wikipediada məlumatlar yerləşdiriləcək. İbrahimov Nazirliyin müraciəti əsasında atdığı bu addımın uğurlu olacağını düşünür.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Wikimedia” Kaliforniyada fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatıdır. Təşkilatın bir çox ölkələrdə, eləcə də Gürcüstanda filialları var. Onun sözlərinə görə, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müraciəti əsasında gənc idmançılarla bağlı məlumatları Vikimedianın layihəsi olan Wikipediada yerləşdirəcəklər.

“Wikimedianın layihələrindən biri Wikipedia layihəsidir. Bu ən tanınmışıdır. Gürcüstandakı filialda biz çalışırıq. Biz daha çox çalışırıq ki, ensklopedik məlumatlar yazaq və paylaşaq. Nazirlik də çalışır ki, Gürcüstan idmançıları haqqında daha çox məlumat olsun. İstər gürcü, istərsə də ingilis Wikipediasında məlumatın çox olmasını istəyirlər. Hazırda biz ortaq memorandum imzaladıq. Beləliklə təlimlər keçirəcəyik, necə yazmaq lazımdır, bu haqqda məlumatlar verəcəyik. Daha sonra şəkillər, videoları bizə göndərəcəklər. Biz də həmin idmançının haqqında məlumatları Wikipediaya yerləşdirəcəyik. Bu gürcü və ingilis dili Wikipediyalarında olacaq.”




M. İbrahimov Wikimedia üçün Marneulidən olan gənclərin də idman və eləcə də digər mövzularda məlumatlar hazırladığını və onlarla birlikdə çalışdıqlarını dedi.

Məlumat üçün qeyd edək ki, əslən Dmanisi rayonundan olan Mehman İbrahimov 2015-ci ildən Gürcüstanda fəaliyyət göstərən Wikimedia qrupuna 2016-ci ildən qoşulub.





Print Email
FaceBook Twitter Google