Marneulili toy musiqiçiləri işsiz qalıb, dövlətdən yardım tələb edirlər
Gürcüstanda koronavirus yayıldıqdan sonra toy və yas mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyuldu. Hal-hazırda da toyların keçirilməsinə icazə verilmir. Buna görə də bu gün, 22 dekabr tarixində bir qrup toy musiqiçiləri, fotoqraf və operatorlar Ağməmmədli kəndinin mərkəzinə toplaşaraq dövlətdən kömək istəyiblər.

Təkəli kəndində yaşayan qarmon ifaçısı Ceyhun Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, onun ailəsi 7 nəfərdən ibarətdir. Əvvələr ailəsini toylara gedərək dolandırırmış. Amma indi o, ailəsini dolandırmaqda çətinlik çəkir.

MarneuliFM · Təkəli kəndində yaşayan qarmon ifaçısı Ceyhun Məmmədov


Qasımlı kəndində yaşayan digər musiqiçi Məhərrəm Səmədov deyir ki, onun övladları təhsil alır və onların oxutmaqda çətinlik çəkir.

MarneuliFM · Qasımlı kəndində yaşayan musiqiçi Məhərrəm Səmədov


Ağməmmədli kəndinin mərkəzinə toplaşan musiqiçilər deyir ki, onlar pandemiya zamanı dövlətdən sadəcə 300 lari birdəfəlik yardım alıblar.

MarneuliFM · Ağməmmədli kəndinin mərkəzinə toplaşan musiqiçilər


Ağməmmədli kəndinin mərkəzinə toplaşan toy musiqiçiləri ümid edir ki, hakimiyyət onların səsini eşidəcək və onlara da dəstək olacaq.

Qeyd edək ki, toylar, ad günləri və bu kimi sosial toplantıların keçirilməsinə 4 noyabr tarixindən qadağa qoyulub. 10 nəfərdən artıq insanın bir araya toplanılmasına isə icazə verilmir.

"Marneuli" Radiosu
Print