Azərbaycanın xalq artisti Rəmiş vəfat edib
Azərbaycanın xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova mediyaya bildirib.

R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google