“Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrı üçün yeni bina inşa olunacaq”.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli
mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, tikinti işlərinə tezliklə başlanılacaq.
Səfir həmçinin bildirib ki, Heydər Əliyev Fondu Qax rayonunda yerli
gürcü icması üçün yeni mədəniyyət evi inşa etdirir:
“Qaxda yaşayan Azərbaycanın gürcü əsilli
vətəndaşlarının mədəniyyət evinə ehtiyacı olub. Tikinti işləri
artıq yekunlaşmaq üzrədir və son tamamlama işləri aparılır.
Mədəniyyət evinin açılışı tezliklə baş tutacaq”.
Z.Pataradze qeyd edib ki, mədəni və humanitar sahələrdə həyata
keçirilən layihələr gürcü və Azərbaycan xalqlarını bir-birinə daha
da yaxınlaşdırmağa imkan verir.
Diplomat yaxın zamanlarda Azərbaycanda Gürcüstan, Gürcüstanda
Azərbaycan mədəniyyət günlərinin təşkil olunacağını deyib:
“Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsi təcrübəsi çoxdan mövcud olub. Lakin təəssüflər olsun
ki, pandemiya səbəbindən bir sıra mədəni tədbirləri təxirə salmalı
olmuşuq”.
Mənbə: report.az