Marneulidə Ramazan bayramı münasibətilə konsert proqramı keçirilidi (VİDEO/FOTO)
20:07 / 14.05.2021
Bu gün, 14 may tarixində Marneulidə, Mədəniyyət evinin qarşısında
Ramazan bayramı münasibətilə tədbir keçirildi. Tədbir Ümum
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə baş
tutdu.
Bayram şənliyində Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və
Tariel Nakaidze, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri
Faiq Quliyev, Marneuli meriyasının nümayəndələri, QHT üzvləri,
şəhər sakinləri və dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Konsert proqramını giriş sözü ilə idarənin şeyxi və sədri Mirtağı
Əsədov açaraq, qonaqları salamladı və müsəlmanları Ramazan bayramı
münasibətilə təbrik etdi. O, bu bayramın müsəlmanlar üçün vacib
olduğu haqda tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə iştirak edən Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidze
müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik etdi və qeyd
etdi ki, bu bayram müsəlmanlar üçün çox önəmlidir.
“Həmrəylik Platforması”-nın üzvü Zaza Mikeladze “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, Ramazan bayramının ən böyük mesajı
sülh və paylaşmaqdı.
Ramazan bayramı münasibətilə təşkil olunan tədbir konsert proqramı
ilə sona çatdı.
Qeyd edək ki, 13 may tarixində dünya müsəlmanları Ramazan bayramını
qeyd etdilər.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166