YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında
yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar.
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani
kompleksə baş çəkib və ekspertlərin ziyarətinə hazırlıqlarla tanış
olub.
Xarici mütəxəssislər məbəddə aparılan bərpa işlərində yol verilən
çatışmazlıqlar nəticəsində yaranmış vəziyyəti araşdıracaq və müvafq
tövsiyələr verəcəklər.
Problemlərin aradan qaldırılması üzrə plan gürcü ekspertlərin
iştirakı ilə hazırlanacaq.
Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını
1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb. Abidənin bərpası bir
neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam
örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi
ziyan dəyib.
Gəncə qapılarının bir tayı məhz bu monastırda saxlanılır. Tarixi
mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən
sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir
hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb,
onun restavrasiyaya ehtiyacı var.
Mənbə: report.az