Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.
Sənətçi 14 sentyabr tarixində müalicə aldığı "Yeni Klinika”da
koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və
"Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni
nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin
Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli
Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De
gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib.
Y. Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən
Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə
"Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına
layiq görülüb.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!
Mənbə: report.az