Marneuli Mədəniyyət Mərkəzi tamaşada iştirak etmək üçün kastinq
elan edib. Mərkəz 16-25 yaşa qədər oğlanları kastinqdə iştirak
etməyə çağırır. Bu barədə Mədəniyyət Mərkəzinin “Facebook”
səhifəsində məlumat yayımlanıb.
“Mədəniyyət Mərkəzi tamaşada iştirak etməyə aktyor
oğlanlar üçün kastinq elan edir.
Yaş məhdudiyyəti: 16-25 yaşa qədər.
Gürcü dilini bilmək vacibdir.
Əlavə məlumat üçün 577 384 550 nömrəsinə zəng vurun ya “Facebook”
mesaj bölməsinə yazın”, - “Facebook” səhifəsində
yazılıb.
Kastinq Marneuli Mədəniyyət Mərkəzində keçiriləcək. Qəbul müddəti:
7 maya qədər.