Bu gün, 10 may tarixində Marneuli Mədəniyyət Mərkəzində musiqi
müsabiqəsi keçirilib. Müsabiqə “Və insan musiqi üçün yaradılıb”
adlanıb.
Tədbirin təşkilatçısı – Marneuli bələdiyyəsinin Xocorni kənd
ictimai məktəbinin gürcü dili müəllimi Lali Marqianinin “Marneuli”
radiosuna bildirdiyinə görə, müsabiqənin məqsədi qeyri-gürcü
icmasında estetik qrup fənlərinin, gürcü dilinin
tanıdılmasıdır.
“Bu gün Marneuli Mədəniyyət Mərkəzində Marneuli
bələdiyyəsinin qeyri-gürcüdilli məktəblərinin müğənni şagirdlərinin
günüdür. Müsabiqə Xocorni ictimai məktəbinin və mənim
təşkilatçılığımla keçirilir. Ümumilikdə, Marneuli bələdiyyəsinin 8
məktəbi iştirak edir: Şaumyani 3 saylı, Yuxarı Saral, Şulaveri 2
saylı, Marneuli 8 saylı, Dəmyə Görarxı, Güllübağ və Sabirkənd
ictimai məktəbləri. Bu şagirdlərdən başqa müsabiqəyə
qeyri-gürcüdilli şagirdlər də qoşulub. Onlar gürcü mahnıları
oxuyacaqlar”, – Lali Marqiani bildirdi.
Təşkilatçının sözlərinə görə, müsabiqə iştirakçılarını xüsusi dəvət
olunmuş jürinin dörd üzvü qiymətləndirəcək. Onlar qaliblərə hədiyyə
təqdim edəcəklər. Tədbirlə yanaşı şagirdlərin rəsmlərinin
sərgi-satışı da aparılır.
Təşkilatçı Lali Marqianinin sözlərinə görə, bugünkü tədbir pilotdur
və ola bilsin, gələcəkdə daha geniş miqyaslı formada
keçirilsin.
Musiqi müsabiqəsində Marneuli bələdiyyəsinin ictimai məktəb
müəllimləri və şagirdlər, dəvət edilmiş qonaqlar iştirak
edirdilər.