Türkiyə səfirliyinin keçirdiyi məqalə yarışmasının qalibləri Marneulili tələbələr olublar (FOTO)
19-20 may tarixlərində Türkiyənin Gürcüstandakı səfirliyi və Yunus Emre institutunun təşkilatçılığı ilə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” ilə bağlı tədbir keçirilib. Tədbirdə daha əvvəl baş tutmuş tərcümə və məqalə müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. Müsabiqədə müxtəlif universitelərin Türkologiya fakültələrinin tələbələri iştirak etmişdi. Marnelulili tələbələr "Türk İstiklâl Marşı ve Türk Kurtuluş Savaşı" başlığı altında məqalə yarışmasında qalib olublar. İvane Cavaxişvili adına Tbilisi Dövlət Üniversitetinin tələbəsi Şura Qabulova ikinci, İlia Dövlət Universitetinin tələbəsi Fariz Daşdəmirov isə birinci yeri tutublar.

“Xüsusilə gəncliyə hədiyyə edilən "Atatürkü Anma, Gənclik ve İdman Bayramı" hər il olduğu kimi bu il də maraqlı şəkildə qeyd olundu. Türkologiyada oxuyan və Türk dili dərsini seçmim fənni kimi seçən tələbələr üçün təşkil olunan "Türk İstiklâl Marşı ve Türk Kurtuluş Savaşı" adlı məqalə müsabiqəsinə qatılıb birinci yeri tutmaq mənim üçün çox qürurverici oldu. Bayramən səhəri gün isə yenə Səfirlik tərəfindən Gənçlik Paneli təşkil olundu.Paneldə Türkiyə Respublikasının qurucusu və Ulu Öndəri Atatürkün inqilablarından, fədakarlıqlarından bəhs etdik”, – Fariz Daşdəmirov dedi.

Müsabiqə 3 kateqoriyada keçirilib:
  1. “İstiklâl Marşı ve Türk Ulusal Kurtuluş Savaşı” mövzusunda məqalə müsabiqəsi
  2. Türkcə əsərlərin Gürcücəyə tərcüməsi müsabiqəsi
  3. "İstiqlal Marşı'nın üç qitəsinin Gürcücəyə tərcüməsi" və "İstiqlal Marşı və Türk Milli Müstəqillik Müharibəsi" mövzusunda məqalə müsabiqəsi
Tədbirdə Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri də iştirak edib.

“19 May Atatürkü Anma, Gənclik və İdman bayramı Türkiyənin bütün yerlərində qeyd edilən və gənçlərə həsr edilmiş bir bayramdır. Ölkə xaricindəki missiyalarımızda və nümayəndəliklərimizdə də bu bayram mövzu və mənasında uyğun şəkildə qeyd edilir. 19 may tarixində səfirlikdə bayram qeyd edilir. Bayrama əlavə olaraq keçmiş tarixlərdə baş tutmuş müsabiqələrdə dərəcə qazanmış tələbələrimizə mükafatları təqdim edilmişdir, Müsabiqələrdə dərəcə qazanmış iştirakçılar yaş olaraq gənc olduqlarına görə onların mükafatlarını da məhz bu bayramda təqdim etdik. Bundan başqa 20 may tarixində bir panel keçirilmişdir, tələbələrdən təşkil olunmuş iştirakçılar 19 mayın mənasına, tarixi yerinə və önəminə toxunmağa çalışdılar. 1 saat davam edən panel Gürcüstan universitetində təşkil olunub”, – Səfirliyin təhsil məsələləri üzrə müşaviri Yüksel Kara qeyd etdi.

Qeyd edək ki,artıq ikinci ildir, Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən bu mövzularda müsabiqələr keçirilir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google