Bu gün, 1 iyun tarixində Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi
Gününü qeyd ediblər.
Marneuli yerli özünüidarəsinin təşkilatçılığı ilə Uşaqların
Müdafiəsi Gününə həsr edilmiş tədbir Marneuli Mərkəzi parkında –
“Yenə də böyüyəcəklər” abidəsi ərazisində, saat 11:00-da başlayıb
və saat 14:00-a qədər davam edib.
“Dünya uşaqlarına sülh” tədbirində əyləncə üçün məkan
qurulacaq, şarlar və attraksionlar olacaq. Şən startlar və
animatorların şousu keçiriləcək. Fəaliyyətlər konsertlə başa
çatacaq”, – Marneuli meriyasının yayımladığı
məlumatda qeyd olunub.
Marneuli meriyası ilə yanaşı Marneuli Mədəniyyət Mərkəzi də
Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün tədbirlər
keçirib. Tədbir Mədəniyyət Mərkəzi ərazisində, saat 15:00-da
başlayıb. Qonaqları ərazidə İtaliya küçə nümayişi qarşıladı.
Tədbiri Marneuli Mədəniyyət Mərkəzinin vokal studiyasının
yetirmələri və “Mead Night” qrupu yekunlaşdırıb.