Vaxtanq Kikabidzenin iştirak etdiyi məşhur filmlərin siyahısı
Tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze yanvarın 19-da dəfn olunacaq. Müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze 84 yaşında vəfat edib.

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon qəbiristanlığında dəfn olunacaq.

Mimino (film, 1977)



შეხვედრა მთაში


არ იდარდო! 


ვერის უბნის მელოდიები




Print Email
FaceBook Twitter Google