Marneulidə xalçaların sərgisi - masterklass keçirildi
4 may tarixində Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalçaların sərgisi-masterklass keçirilib.

Tədbir Kitabxana ərazisindəki parkda keçirilib və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq sənəti studiyasının “Xalçaların sərgisi-masterklass” təqdim olunub.

“Təəssüf ki, bu mədəniyyət yalnız ailələrdə saxlanılıb və bu bilik çox az məkanda ötürülür. Onlardan biri bizimkidir və bununla böyük qürur duyuruq. Qürur duyuruq ki, bizdə öyrənilənlər, yerli azərbaycanlı icmanın xalça toxumaqla bağlı fərdi sənəti və qaydasıdır. Ornamentlər də yerli azərbaycanlı icmaya məxsusdur”, – Mədəiyyət Evinin rəhbəri Nato Şavişvili bildirir.

Sərgidə iştirakçıların ənənəvi xalçaları nəzərdən keçirmək, azərbaycan xalçaların toxunması studiyanın fəaliyyəti ilə tanış olmaq imkanı var idi. “Azərbaycan xalçalarının toxunma ənənəsi” adlı təqdimat baş tutub. Sapların boyanması ilə bağlı masterklass keçirilib.

Print Email
FaceBook Twitter Google