4 may tarixində Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə
xalçaların sərgisi-masterklass keçirilib.
Tədbir Kitabxana ərazisindəki parkda keçirilib və Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən xalq sənəti studiyasının “Xalçaların
sərgisi-masterklass” təqdim olunub.
“Təəssüf ki, bu mədəniyyət yalnız ailələrdə saxlanılıb
və bu bilik çox az məkanda ötürülür. Onlardan biri bizimkidir və
bununla böyük qürur duyuruq. Qürur duyuruq ki, bizdə öyrənilənlər,
yerli azərbaycanlı icmanın xalça toxumaqla bağlı fərdi sənəti və
qaydasıdır. Ornamentlər də yerli azərbaycanlı icmaya məxsusdur”,
– Mədəiyyət Evinin rəhbəri Nato Şavişvili
bildirir.
Sərgidə iştirakçıların ənənəvi xalçaları nəzərdən keçirmək,
azərbaycan xalçaların toxunması studiyanın fəaliyyəti ilə tanış
olmaq imkanı var idi. “Azərbaycan xalçalarının toxunma ənənəsi”
adlı təqdimat baş tutub. Sapların boyanması ilə bağlı masterklass
keçirilib.