Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının hazırladığı “Nəhayət, bitdi” tamaşası nümayiş
etdiriləcək.
Premyera 21 may tarixində saat 19:00-da Marcanişvili Teatrının
kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay
Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.
Onun sözlərinə görə, tamaşada Turqay Vəlizadə, Telman İsfahanlı,
Nərmin Həsənova, Mədinə Həsənova və Fuad İsfahanlı iştirak
edirlər.
“Nəhayət, bitdi” tamaşası bir insanın həyat dramından bəhs edir.
Odlu silahla intihar etməyə qərar vermiş baş qəhrəman həyatının
sevincli, kədərli və faciəvi məqamlarını ironiya ilə yadına salır.
O, sonda sevgisini itirməsi səbəbindən yaşamağında heç bir məna
görmədiyini bildirir.
Tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir. Tamaşanın rəssamı
isə Aleksandr Slovinskidir.
Biletin qiyməti 10 laridir və biletləri biletebi.ge saytından əldə
edə bilərsiniz:
biletebi.ge
Tamaşanın keçiriləcəyi ünvan: Marcanişvili teatrı, Marcanişvili 8,
Tbilisi, Gürcüstan.