Tbilisidə “Öldür məni, əzizim” tamaşası nümayiş etdiriləcək
Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırladığı “Öldür məni, əzizim” tamaşası nümayiş etdiriləcək. Premyera 18 iyun tarixində saat 19:00-da Marcanişvili Teatrının kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Leyla Qasımova və Aidə Tağıyeva iştirak edirlər.

Tamaşa türk yazıçısı Ə.Nesinin “Öldür məni, əzizim” pyesinin əsasında hazırlanıb və komediya janrındadır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Qiorqi Apxazavadır. Tamaşanın rəssamı isə Nino Kitiadır.

Biletlərin qiyməti 10 laridir və biletləri biletebi.ge saytından əldə edə bilərsiniz: biletebi.ge

Tamaşanın keçiriləcəyi ünvan: Marcanişvili teatrı, Marcanişvili küçəsi 8, Tbilisi, Gürcüstan.

Print Email
FaceBook Twitter Google