Avropada olduğu kimi - Elnur Əlisoy Gürcüstan mədəniyyətinin rəngarəngliyi üçün (VİDEO)
“Polşaya gedəndə gördük ki, Milli Muzeylərdə onlarla Borçalı xalçaları var və bunun Gürcüstan, Borçalı xalçası olduğu qeyd olunub. Orada bu xalçaların Gürcüstanın irsi olduğu tanınıb. Getdiyimiz hər yerdə Borçalı xalçalarının layiqli şəkildə təqdim olunduğunu gördük. Ancaq öz vətənində hələ ki, təqdim olunmayıb”, – Həmrəylik Muzeyinin rəhbəri Elnur Əlisoy bildirir.

Kosalar kəndində Borçalı xalçalarının toxunması ənənəsini qoruyub-saxlayırlar. Mehriban Həsənova illərdir, xalça toxumaqla məşğuldur. O, bildirir ki, toxumaq zəhmət tələb edən işdir və bu işi sevmirsənsə, alınmır. Mehriban indi "ReWoven" xalça təşkilatı üçün toxuyur.

Elnur Gürcüstanın rəngarəngliyinin bir hissəsi olan mədəniyyəti qorumaq üçün fəal çalışır. Daha ətraflı videodan izləyin:


Print Email
FaceBook Twitter Google