“Tamarion” ansamblı Batumidə keçirilən müsabiqə-festivalda I yeri tutub
“Tamarioni” ansamblı 3 iyul tarixində Batumidə keçirilən “Gold star 2023” müsabiqə-festivalında I yeri tutub. Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Tamarisi kənd xoreoqraf ansamblı “Tamarioni” jüri tərəfindən müsbət qiymətləndirilib.

Ansamblın xoreoqrafı Davit Bakuradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlara kubok və diplomlar verilib.

“Tamarioni” ansamblı 2023-cü ilin 3 iyulunda Batumi şəhərində keçirilən “Gold star 2023” müsabiqə-festivalında iştirak edirdi. Ansambl tamaşaçılar və jüri qarşısında böyük uğurla çıxış edib, birinci yeri qazanıb. Həmçinin, ansambl jüri tərəfindən bəyənilib. Bizim ansambl üçün qələbə böyük motivasiyadır. Sevinirik və çalışırıq ki, gələcəkdə də Marneuli bələdiyyəsini çox yerlərdə təmsil edək”, – Davit Bakuradze bildirib.

“Tamarioni” ansamblı təxminən yeddi ildir ki, Marneuli bələdiyyəsində fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google