Marneulidə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı sərgi keçirilib
8 iyul tarixində Marneulidə “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilati dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.

Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində baş tutub.

Sərgiləri ziyarət edən gənclər arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış açıqcalar paylanılıb.

Layihənin rəhbəri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, azərbaycanlı və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Qeyd edək ki, sərgi Marneuli ilə yanaşı Tbilisi və Bolnisidə də açılıb.

Print Email
FaceBook Twitter Google