Marneuli Mədəniyyət Evi Niderland səfirliyinin maliyyə dəstəyi ilə yeni kukla tamaşası nümayiş etdirib
13 iyul tarixində, Marneuli Mədəniyyət Evində yeni, “Aisia” tamaşasının qapalı nümayişi baş tutub.

Marneuli Mədəniyyət Mərkəzi kukla tamaşasını Niderland səfirliyinin maliyyə dəstəyi və əməkdaşlığı ilə nümayiş etdirib. Tamaşada Niderlandın Gürcüstandakı səfiri Maaike Van Koldam iştirak edib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kukla tamaşasında çox mühüm ideya var idi.

“Niderlandın Gürcüstandakı səfiri olaraq Marneulidə dəfələrlə olmuşam və burada Gürcüstanın müxtəlif etnoslarının birlikdə yaşamasını çox bəyənirəm. Mən Armen Hovanesyanın kukla nümayişini əvvəl də görmüşdüm və düşünürəm ki, o, çox bacarıqlı sənətkardır. Çox xoşbəxtəm ki, bu nümayişə dəstək olmaq imkanımız oldu. Tamaşa tolerantlıq, başqalarının mədəniyyətini dərk etmək, bir-biri ilə sülh içində yanaşı yaşamaqla bağlıdır. Eləcə də nümayişin yalnız şəhər mərkəzində deyil, həm də Marneuli bələdiyyəsinin müxtəlif kəndlərində baş tutacağı çox xoşuma gəldi. Xoşbəxtəm ki, Niderland səfirliyi bunların hamısına dəstək olub”.

Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvilinin sözlərinə görə, tamaşanın kəndlərdə nümayiş etdirilməsi də planlaşdırılır. O, güman edir ki, Marneuli bələdiyyəsinin müxtəlif kəndlərində payızdan nümayişlərə başlanılacaq.

“Siz “Aisia” tamaşasını izlədiniz. Tamaşa Mədəniyyət Mərkəzi və Niderland səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Düşünürük ki, tamaşanın özünün əvvəl mühüm ideyası var idi və bu ideya tamaşa vasitəsi ilə ötürülürdü. Gördüyünüz kimi, bu tamaşa 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub. Tamaşa Marneuli Mədəniyyət Evində daha iki gün ərzində nümayiş etdiriləcək”.

Tamaşanın rejissoru və rəssamı Tato Qeliaşvilidir. Pyes üzərində Tamta Tabatadze və Tato Qelaşvili işləyiblər. Tamaşanın marionetlərini isə Armen Hovanesyan düzəldib.

“Aisia” tamaşası 14-16 iyul tarixində Marneuli Mədəniyyət Mərkəzində, saat 15:00-da baş tutacaq.

Tamaşa 6-12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub.

Tamaşada iştirak sərbəstdir. Qeydiyyat üçün zəng vurun: 577 961 872


Print Email
FaceBook Twitter Google