Marneuli meriyası üç tədbirin keçirilməsi üçün 1 ayda büdcədən 251
344 lari ayırıb.
Söhbət sentyabr ayında elan edilmiş tenderlərdən gedir.
Yerli özünüidarə “Marneuloba 2023” tədbiri üçün 128 900 lari
xərcləyib. Tədbirə Gecə Şousu yığması və Nino Çxeidze dəvət
olunmuşdu.
Meriya “Cavaxişviloba” tədbiri üçün 37 444 lari nəzərdə tutub.
Tədbir Tserakvi kəndində, oktyabr ayının ikinci yarısında
keçiriləcək.
Marneuli meriyası “Evdə” festivalının keçirilməsinə 85 000 lari
xərcləməyi planlaşdırır. Tədbir 2023-cü ildə Marneuli ərazisində,
oktyabr ayının ikinci yarısında keçiriləcək.
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan tədbirlərdən ikisi ötən
il də keçirilib. Ancaq daha az büdcə ilə baş tutub. Bu il isə eyni
tədbirlər üçün “Evdə” festivalına 64 000 lari, Cavaxişvilobaya isə
15 000 lari vəsait artırılıb.