Baydar kəndində el bayramı "Baydaroba" keçirilib (FOTO)
2 oktyabr tarixində Baydar kəndində el bayramı "Baydaroba" keçirilib. El şənliyində kənd sakinləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

"Baydaroba"-da milli adət ənənələrə məxsuz saz, musiqili çıxışlar və meyxana ifa edilib.

Tədbir kənd sakinlərinin hesabına baş tutub.

Təşkilatçıların "Marneuli" radiosuna bildirdiyinə görə, "Baydaroba"nı hər il qeyd etməyi düşünürlər və adət halına almasını istəyirlər.

Qeyd edək ki, Marneuli bələdiyyəsində müxtəlif vaxtlarda bir neçə el şənliklər təşkil edilib və qeyd olunub.

Print Email
FaceBook Twitter Google