Marneulinin himni necə olacaq – bəstəkarla müsahibə
“Dostluq Körpüsü”, “Azadlıq”, “Mərənlər”, “Yenə də böyüyəcəklər” – bu Marneuli himnində eşidə biləcəyiniz terminlərin kiçik siyahısıdır. Bəstəkar Levan Mizandari mahnının mətni üzərində işləri artıq başa çatdırıb və indi mahnını peşəkar şəkildə qeydə alacaqlar.

Levan Mizandari “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli himninin necə olacağı barədə danışır. Himni Marneuli meriyası sifariş verib.

“Himndə, mahnıda bildiyiniz kimi, şərti olaraq desək rəngarəng mətn olmamalıdır və həmişə asan yadda qalan olmalıdır. Bu ümumiyyətlə belə tipli mahnılar üçün spesifikadır. Əlbəttə, Marneuli termininin mərənlərdən gəldiyini də nəzərə aldım. Yenə də böyüyəcəklər – bu da nəzərə alınmalıdır. Ümumiyyətlə, Kvemo Kartli regionuna məxsus tarix və müxtəlif etnik qruplara baxmayaraq, vahid vətən qurduğumuz dostluq nəzərə alınmalıdır”, – Levan Mizandari bildirib.

Marneuli himninin müəllifinin sözlərinə görə, musiqi və mətnz üzərində işlər artıq başlanılıb. Müəyyən məşqlər də keçirilir. O, bildirir ki, müqaviləyə əsasən, mahnının başa çatdırılması üçün 2 ay vaxt var. Amma onun yazılmasını daha tez başa çatdıracaqlar. Marneuli bələdiyyə himnini oktyabrın sonundan dinləmək mümkün olacaq.

“Himn ola bilsin bu ay artıq hazır oldu. Müqaviləyə görə, müğənniləri seçmək də müəllif kimi mənim öhdəliyimdir. Bunların hamısını peşəkar və bu işi yaxşı bilən “Şavnabada” ansamblı ilə etməyi düşünürük. Himn peşəkar şəkildə yazılacaq, iki qeyd olacaq, biri “Şavnabada” peşəkar ansamblının ifasında olacaq. Eləcə də musiqi minusda yazılacaq, hamı onu ifa edə biləcək. Belə mahnıların tam versiyasının və minus fonoqramın olması yaxşıdır. Əlbəttə, əgər bütün Marneuli ifa edəcəksə və mənim də məqsədim budur ki, hamı bəyənsin”, – Levan Mizandari bildirib.

Marneuli meriyası Levan Mizandariyə Marneuli himnini hazırlamaq üçün 6 500 lari ödəyəcək. Meriya himnin yaradılması üçün Mizandari ilə 11 oktyabrda sadələşdirilmiş müqavilə bağlayıb.

Print Email
FaceBook Twitter Google