Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub
Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Baş nazir Əli Əsədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak edib.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.

Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.

Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google