Marneulidə “Evdə” multietnik festivalı 3 noyabrda keçiriləcək
“Evdə” multietnik festivalı 3 noyabrda keçiriləcək. Tədbir Marneuli ərazisində keçiriləcək. Festival Marneuli Mədəniyyət Mərkəzi tərəfində elan edilmiş tenderdə qalib gələn “GT Holdinq” MMC-yə tapşırılıb. Marneuli büdcəsindən tədbirə 85 000 lari xərclənəcək.

“Evdə” bələdiyyədə yaşayan etnik qrupların kimlik elementlərinin: dilinin, adət-ənənələrinin, yaradıcılıq nümunələrinin, mədəni irsin qorunub saxlanılması, inkişaf etdirilməsi və populyarlaşdırılması ideyası ilə yaradılan mövcud festivallardan fərqli mədəni-yaradıcılıq tədbiridir. Festivalın məqsədi etnik qruplar arasında mədəni dialoqu təşviq etməkdir. Qarşılıqlı anlaşma/etimad körpülərinin qurulmasıdır”,
– Marneuli Mədəniyyət Mərkəzi yazır.

“Evdə” ilk dəfə 2022-ci ildə Marneuli bələdiyyəsində, Algeti kəndində qeyd olunub. Həmin vaxt Mədəniyyət Mərkəzi festivalın ənənəvi görkəm alacağını və məkanın hər il dəyişəcəyini açıqlamışdı.

Festival müxtəlif tədbirlərlə zəngin olacaq. İştirak edəcəklər:
  • Aşıq qadın
  • Caz qrupu
  • Müasir gürcü musiqi qrupu
  • Violinçilər ansamblı
  • Teatr qrupu
  • Peşəkar teatr aktyoru

Print Email
FaceBook Twitter Google