Qardabanili rəssamın Gürcüstandakı sonuncu sərgisi
Qardabanili rəssam Rasim Həsənov Gürcüstanda sonuncu sərgisini keçirib. Onun əl işlərində hakimiyyət, mətbuat, insanlar və Rasimin yaşamalı olduğu gündəlik həyat tərzi təsvir olunub.

"Gürcüstanda stabillik yoxdur. İncəsənətə maraq aşağıdır. Avropada stabillik var, insanın sabaha ümidi var. Gürcüstanda sabaha ümid yoxdur. Qeyri-stabil ölkədə incəsənətə heç kim diqqət yetirmir".

Rasimin bir neçə əsəri də din və dövlət strukturları ilə bağlı idi. O, Gürcüstanda sonuncu sərgisini təşkil edərkən üzləşdiyi problemlərdən, dövlət strukturlarının nümayəndələrinin ona münasibətindən danışır.

"Mən hesab edirdim ki, etnik azlıq olduğuma görə, mənə diqqət göstərmirlər. Etnik azlıqlara Gürcüstanda müvafiq diqqət göstərilmir. Ona görə qərar verdim ki, bu mənim Gürcüstandakı sonuncu sərgimdir. Mən ölkəni tərk edirəm".

Daha ətraflı videodan baxa bilərsiniz:


Print Email
FaceBook Twitter Google