Xocornidə “Bir səma altında” multimədəni festivalı keçiriləcək
18 noyabr tarixində Marneuli bələdiyyəsinin Xocorni kəndində “Bir səma altında” multimədəni festivalı keçiriləcək. Tədbirin təşkilatçısı, Xocorni ictimai məktəbinin məsləhətçi-müəllimi Lali Marqianinin sözlərinə görə, festival şagirdlərin hərtərəfli yaradıcılıq bacarıqlarının kəşf edilməsinə və Xocorni ictimai məktəb gənclərinin qarşılıqlı münasibətlərinin yaxşılaşdırılmasına, Kvemo Kartli icmasına daxil olan etnik, çoxmədəniyyətli məktəblərin tanışlıq-dostluğuna dəstək olacaq.

“Festival Xocorni kənd ictimai məktəbinin həyətində keçiriləcək. Yerli və iştirak edən kənd məktəbləri ənənəvi süfrə, bədii nömrələr, əl işlərini təqdim edəcəklər və sərgi-satış təşkil olunacaq. Layihənin həyata keçirilməsindən sonra iştirakçı benefisiarların yaradıcılıq, qiymətləndirmə, ünsiyyət, əməkdaşlıq bacarıqları, müxtəlif millətlərdən olan şagirdlərin qarşılıqlı münasibəti inkişaf edəcək, başqa cəmiyyətlərə inteqrasiya onlar üçün asan olacaq. Bu isə gələcəkdə onların həyatında böyük rol oynayacaq”, – pedaqoq bildirib.

Festivalda iştirak edəcəklər: Marneuli bələdiyyəsinin kəndləri – Ağkörpü, Çanaxçı, Qiulbağ, Maradisi, Araflı, Şulaver, Dmanisi bələdiyyəsinin Hamamlı, Qızılhacılı, Bolnisi bələdiyyəsinin Kvemo Bolnisi ictimai məktəbləri, Saqareco bələdiyyəsinin Udabno kəndinin “Qareceli” Uşaq Folklor Ansamblı.

Festival 18 noyabr tarixində, saat 12:00-da başlayacaq.

Print Email
FaceBook Twitter Google