Qardabanidə “Çoban” tamaşasının premyerası keçirilib (FOTO)
19 noyabr tarixində Qardabanidə “Çoban” tamaşasının premyerası keçirilib. Tamaşa “BEEZ” Uşaq Teatrı tərəfindən hazırlanıb. Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tamaşanın premyerası uğurlu keçib.

“Tamaşamız çox uğurlu keçdi. Hətta deyərdim ki, bu qədər gözləmirdim. Tamaşanı əsasən müəllimlər, valideynlər və sənət adamları izlədilər. Afişanı paylaşdığımız ilk gündə Tbilisidə oynayacağımız tamaşanın birinci seans biletləri bütün satıldı. Buda insanların teatra dəyər və sevgisindən irəli gəlir və təbii ki, həm də ki bizə böyük dəstəkdir. Buna görə də 26 noyabrda, Tbilisidə Mirzə Fətəli Axundov muzeyində iki seans nümayiş etdirəcəyik.
  • Birinci seans 15:00-da
  • İkinci seans 16:30-da
Bütün tamaşaçılarımızın hər birinə, bizə dəstək olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm”, – Binəli İslamoğlu dedi.

Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuri Qurbanov, Əzəm Əfəndiyeva, Seymur Muradov, Məryəm Əliyeva oynayıblar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Binəli İslamoğlu onu da bildirdi ki, tamaşa 26 noyabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində də göstəriləcək.

Tamaşa ilə maraqlanan şəxslər (+995) 550 50 30 47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Abdulla Şaiqin “BEEZ” Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Çoban” tamaşası bu il təqdim edilən ikinci tamaşadır. Birinci tamaşa Vüqar Haqverdiyevin müəllifi olduğu “Qarınqulu ayı balası” əsərinin motivləri əsasında hazırlanmışdı. Tamaşa 18 fevral tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında tamaşaçılara təqdim edilmişdi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google