Şulaveridə Müqəddəs Matata adına məbədin açılışı olub
Bu gün, 23 noyabr tarixində, Şulaveridə Mareti kəndində Müqəddəs Matata adına məbədin açılışı baş tutub. Məbədi təntənəli şəkildə Marneuli və Hucabinin Yepiskopu Qiorqi Camdeliani açıb.

“Mən xüsusilə burada yaşayan sakinlər, Marneuli əhalisini təbrik edirəm. Burada yaşayan, ekomiqrant qardaş və bacılarımızı xüsusi təbrik edirəm. Onların gedib müqəddəs ayinlərdə iştirak etmək üçün məbədləri yox idi. Ona görə də sizi təbrik edirəm, Allaha şükür ki, biz bu məbədin tikilməsində bizə kömək etdi”, – Qiorqi Camdeliani ayin zamanı bildirib.

Müqəddəs Matata adına məbədin açılışında Gürcüstan Provoslav kilsəsinin nümayəndələri və möminlər iştirak ediblər. Marneuli və Hucabi Yepiskopu Qiorqi Camdeliani bu günün əhəmiyyəti barədə danışıb.

“Müqəddəs Matata sağ olsun ki, bu müqəddəs məbədin tikilməsində bizə səbr verdi. Mən kiçik də olsa bu məbədin tikintisində töhfəsi olan, bir kərpic belə qoyan hər kəsə minnətdarlığımı bildirirəm. Mən istəyirəm sizin hər birinizi təbrik edim. Eləcə də bu gün çox xüsusi tarixdir. Siz bilirsini zki, Eparxiya yaradılan gündən 10 il ötür. 2013-cü ildə 11 oktyabr tarixində Müqəddəs Sinodun qərarı ilə Rustavi Yeparxiyası Marneulidən ayrılıb, Marneuli və Hucab Yeparxiyası isə ayrıca birlik kimi yaradılıb.Siz bilirsiniz ki, Hucabi bizim tarixi kilsə-monastırımızdır, müvəqqəti olaraq bizim nəzarətimiz altında olmsa da ümid edirik, Allahdan istəyirik ki, tezliklə bizə qayıtsın. Bu gün, eləcə də gürcülər üçün xüsusi gün, Qiorqobadır. Siz bilirsiniz ki, Provoslav kilsəsi Müqəddəs Qiorqinin anım gününü iki dəfə qeyd edir. 6 may onun son gününü, bu gün isə Müqəddəs Qiorqinin xüsusi şəhadət gününü qeyd edir”, – Yepiskop Qiorqi bildirib.

23 noyabr – Müqəddəs Qiorqinin anım günü, Qiorqobadır. Müqəddəs Qiorqi ölkənin himayədarı hesab olunur və onun anım günü Gürcüstanda dövlət status daşıyır, istirahət günüdür.

Şəkil: Marneuli TV

Print Email
FaceBook Twitter Google