Tbilisidə “Çoban” tamaşası nümayiş etdirilib (FOTO)
26 noyabr tarixində Tbilisidə “Çoban” tamaşası nümayiş etdirilib. Tamaşa “BEEZ” Uşaq Teatrı tərəfindən hazırlanıb. Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Tbilisidə nümayiş etdirilən tamaşa böyük marağa səbəb olub.

“Nəhayət həftələrdir gözlədiyimiz Mirzə Fətəli Axundovun ev muzeyində Abdulla Şaiqin eyni adlı əsəri əsasında hazırladığımız "Çoban" tamaşasını dəyərli tamaşaçılarımıza göstərdik. Tamaşamız böyük marağa səbəb oldu. Tamaşaçıların alqışlamaları aktyor və aktrisalarımızın rollarının öhdəsindən məharətlə gəldiyini göstəridi. Hətta sosial şəbəkədə Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə də teatrımıza və işlərimizdə bizə uğurlar arzulamışdı”, – Binəli İslamoğlu dedi.

İslam oğlu onu da bildirdi ki, tamaşa iki seansla nümayiş etdirilib.

“Birinci seansda deyərdim ki, zalı körpə balalaırımız doldurmuşdu. İkinci seansda əsas dövlət məmurları - Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Cavid Məhərrəmov, Tbilisi Yunus Əmrə İnstitutunun direktoru Can Güray, Qardabani bələdiyyəsinin nümayəndələri, QHT nümayəndələri və jurnalistlər iştirak etdilər. Bundan sonra bölgələrdə biletlərimizin satılmasında bizə dəstək olarsa, tamaşamızı bölgələrdə də nümayiş etdirməyi düşünürük”, – Binəli İslamoğlu dedi.

Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuri Qurbanov, Əzəm Əfəndiyeva, Seymur Muradov, Məryəm Əliyeva oynayıblar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Binəli İslamoğlu onu da bildirdi ki, tamaşanın ilk premiyerası Qardabanidə, “BEEZ” Uşaq Teatrında baş tutub. Onun sözlərinə görə, tamaşanın premyerası uğurlu keçib.

Qeyd edək ki, Abdulla Şaiqin “BEEZ” Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Çoban” tamaşası bu il təqdim edilən ikinci tamaşadır. Birinci tamaşa Vüqar Haqverdiyevin müəllifi olduğu “Qarınqulu ayı balası” əsərinin motivləri əsasında hazırlanmışdı. Tamaşa 18 fevral tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında tamaşaçılara təqdim edilmişdi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google