Tbilisi Dövlət Azərbaycan Dram Teatrı Türkiyədə beynəlxalq teatr festivalında iştirak edib
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Ankara” Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrdan “Marneuli” radiosuna verilən məlumata görə, dram tetrın sənətçiləri 25 noyabr tarixində M.Bulqakovun “Morfi” əsərinin motivləri əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

“Tamaşa uğurla nümayiş etdirildi və tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılandı. Tamaşanı yerli tamaşaçılarla yanaşı Gürcüstanın Türkiyədəki səfirliyinin nümayəndələri də izlədilər. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı adından Gürcüstanın Türkiyədəki səfirliyinə, Cənab səfir Qiorqi Cancğavaya göstərdikləri diqqət və dəstəyə görə minnətdarlığımızı bildiririk”,
– verilən məlumatda deyilir.

Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Telman İsfahanlı, Nərmin Həsənova, Mədinə Həsənova və Fuad İsfahanlı ifa ediblər.

M.Bulqakovun “Morfi” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın bədii rəhbər və rejissoru Turqay Vəli-zadə, səs operatoru isə Malxaz Qoderdzişvilidir.

Teatrdan verilən məlumata görə, bu cari ildə onların artıq ikinci qastrol səfəridir. Bu ilin əvvəlində onlar Türkiyyənin Dənizli bölgəsində də qastrolda olublar.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google