Tbilisidə “Mən öləndə ağlama” tamaşası nümayiş etdiriləcək
Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırladığı “Mən öləndə ağlama” tamaşası nümayiş etdiriləcək. Premyera 13 dekabr tarixində saat 19:00-da Qriboedov adına Dövlət Dram Teatrının kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Fuad İsfahanlı, Mədinə Həsənova və Turqay Vəlizadə iştirak edirlər.

Tamaşa azərbaycanlı yazıçı Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” pyesinin əsasında hazırlanıb və dram janrındadır.

Tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir. Tamaşanın rəssamı isə Nino Kitiadır.

Biletlərin qiyməti 10 laridir və biletləri biletebi.ge saytından əldə edə bilərsiniz.

Tamaşanın keçiriləcəyi ünvan: Qriboedov adına Dövlət Dram teatrı, Ş.Rustaveli prospekti 2/4, Tbilisi, Gürcüstan.

Print Email
FaceBook Twitter Google