Gürcüstan mədəniyyəti, ənənələri, rəngarənglik – bir neçə həftə
əvvəl Marneulidən Almaniyaya getmiş kuklalar bu barədə danışıblar.
Kukla düzəldən-nağılbaz Armen Hovanesyan Avropada ilk dəfə kukla
tamaşası göstərib. O, bildirir ki, onun yaratdığı kuklalar tez-tez
azadlıq və insan hüquqlarına aid olan mühüm dəyərlərdən
danışırlar.
“İnsan azadlığı mənim üçün ən dəyərlidir. İstəyirəm ki,
bunu öz kuklalarım vasitəsilə ictimaiyyətə çatdırım. Xüsusuilə də
yeni nəsilə göstərmək istəyirəm. İnsan öz baxışlarında azad
olmalıdır və stereotiplərlə yaşamamalıdır. Şəxsən mənim üçün Avropa
azadlıq, insan hüquqlarının müdafiəsi, keyfiyyətli təhsil deməkdir.
Avropa yalnız gözəl binalar və mədəniyyət deyil, həm də yaxşı
dəyərlərdir. Nədənsə bizim cəmiyyətdə bu günə qədər Avropanı yaxşı
qəbul etməyən adamlar da var. İstəyirəm yalnız biz Avropaya
getməyək, həm də Avropa öz dəyərləri, keyfiyyətli təhsili ilə bizə
gəlsin”, – Armen Hovanesyan bildirib.

Kuklaçı üçün xarici ölkədə tamaşa qoymaq asan olmayıb. Əsas məqsəd
kiçik Gürcüstanı Almaniyaya aparmaq idi. O, düşünür ki, bu alınıb
və tamaşaçının müsbət emosiyalarını da qazanıb.

“Avropaya ilk dəfə indi getdim. Berlində və ətraf
şəhərlərdə oldum. Bu mənim kuklalarımla birlikdə ilk səfərim idi.
Kifayət qədər çətin oldu. Tək idim, tək hər şeyi etmək çox
çətindir. Həm də həyəcanlı idim, almanların mənim tamaşamı bəyənib
bəyənməyəcəyini bilmirdim. Onlar birbaşa sözlərini deyirlər. Amma
mənim kuklalarımı və tamaşamı çox bəyəndilər. Kiçik Tbilisini,
kiçik Gürcüstanı və erməni mədəniyyətini almanlara qədər apardım.
Başqa ölkələrdə də tamaşalar nümayiş etdirmək istəyirəm”,
– Armen Hovanesyan bildirib.
Marneulili Armen Hovanesyan Şaumyan kəndində yaşayır. Evində
nağıllar aləmi yaradıb. Uşaqlıqdan kuklalar üzərində işləməyə
başlayıb. Dizayn, kukla xarakterləri və ona sözlərini insanlara
çatdırmaqda kömək edəcək qəhrəmanlarının bütün detallarını özü
yaradır. Kənd-kənd gəzmək və kukla tamaşaları nümayiş etdirmək
ictimaiyyətə Armeni tez zamanda tanıtdırıb. Sənətkar Marneuli
Mədəniyyət Evində işləyir və bələdiyyədə bir çox tamaşalar nümayiş
etdirir. Niderlandın keçmiş səfiri Mayk Van Koldam da Armen
Hovanesyanı belə tanıyıb, ona yardım təklif edib və evində kuklalar
üçün studiya yaratmaqda ona maliyyə dəstəyi göstərib.

“Mənim evimdə Avropanın müxtəlif səfirləri olub. Öz əməyim
və gücümlə region üçün nə bacarıramsa edirəm. Mənim etdiklərim
Gürcüstan mədəniyyətinin bir hissəsidir və ona qədər heç bir
dəstəyim yox idi. Mayk Van Koldam gəldi, evimi, kuklaları çox
bəyəndi. Gördü ki, kuklalar mənim yataq otağımda yaşayırlar və
əhali tamanı izləmək üçün buraya gəlir. O, Marneulili uşaqlar üçün
belə bir layihə həyata keçirməyi düşündü. Evdə kiçik studiya
yaratmaq üçün maliyyə ayrıldı. Uşaqlar buraya gələcək və
tamaşaları, kuklaları izləyəcəkdilər. İndi təmir prosesi gedir,
düşünürəm iki aya bitirəcəyik. Səfirə həqiqətən də minnətdaram. Bu
mənim üçün mühüm şeydir. Əlbəttə, bütün bunlara mən də öz vəsaitimi
əlavə etdim. Ancaq mənim ayrıca studiyamın olması üçün onun
motivasiyası böyük səbəb idi”.
Armen Hovanesyan kuklalarla öz sözünü böyük auditoriyaya çatdırmağı
və öz yaradıcılığını yalnız Marneulidə deyil, Avropanın başqa
ölkələrində də nümayiş etdirməyi düşünür.
