Azərbaycan Dram Teatrının rejissoru – truppa premyeraya hazırlaşır, qalan hər şey dezinformasiyadır
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının rəhbəri Turqay Vəlizadə teatrın vəziyyəti və daxilində baş verən proseslərin dezinformasiya olduğunu bildirdi. Onun sözlərinə görə, teatr öz fəaliyyətini davam etdirir və hal-hazırda yeni tamaşanın premyerasına hazırlaşırlar.

“Teatr öz fəaliyyətini davam etdirir. Hər şeyi qəşəng görürsünüz. Hər dəfə sizin radio ilə əlaqəmiz var. Hər tamaşanı işıqlandırısınız. Hal-hazırda da köhnə aktrisalarla gürcü dilində tamaşa hazırlanır. Necə ki, “Mozqin”i gürcü dilində hazırladıq, indi bunlarla da gürcü dilində tamaşa hazırlayırıq və premyerasına hazırlaşırıq. İnşallah ilin sonuna qədər oynanılasıdır”.

Turqay Vəlizadə teatrın beynəlxalq festivallarda da iştirak etdiyini bildirdi və qeyd etdi ki, teatr adi rejimdə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, teatrın daxilində heç bir ayrı-seçkilik yoxdur.

“Mənim üçün aktyor, aktrisalar və bütün əməkdaşlar eynidir. Hərə öz işini görməlidir. Teatr adi rejimdə işləyir. Pandemiya vaxtı işləyə bilmədik. Ondan sonra həmişə çalışmışıq ki, teatrın məşqləri olsun, premyerası olsun. Artıq gürcüdilli tamaşa da hazırlanır. Biz iki dildə – həm azərbaycan dilində, həm də gürcü dilində tamaşa hazırlamağa başlamışıq. Yəni bir tamaşa hazırlanır. O tamaşa da azərbaycan və gürcü dilində oynanılır”.

Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, Türkiyəyə qastrola getməzdən əvvəl üç tamaşa üzərində işləyirmiş.

“Morfini təkrar oynadıq. Bulqakovun təzə tamaşasının repetisiyasını edirdim. Bununla paralel olaraq Leyla, Aidə və Telmanla birlikdə gürcüdilli tamaşanı da repetisiya edirdik. Üç tamaşanın repetisiyası paralel olurdu. Başa düşmürəm, artıq nə deyə bilərəm. Bir adam bir ay ərzində artıq üç tamaşa üzərində işləyirdi. İndi qalır iki tamaşa. İndi də onun üzərində işləyirəm. Tamaşanın hazırlanması bir ay da ola bilər, iki ay da ola bilər, üç ay da ola bilər. Bu təbii prosesdir. Yəni heç bir yerdə yazılmayıb ki, hər hansı tamaşa bir həftəyə, bir aya və yaxud hər hansı bir vaxta hazırlanmalıdır. Mən deyərdim ki, teatr yaxşı səviyyədə davam eidir”.

Turqayın dediyinə görə, rəhbər olmazdan əvvəl beynəlxalq festivalların əksəriyyətini o, hazırlayırmış. Onun sözlərinə görə, beynəlxalq festivallarda həmişə uğurla çıxış ediblər.

“Mən bədii rəhbər olmazdan əvvəl də, akyor və rejisor olan vaxtlarımda da beynəlxalq festivalların əksəriyyətini mən hazırlayırdım. Demək olar ki, hamsını, hardasa 90 faizini mən hazırlayırdım. Qeybətə fikir vermək lazım deyil. “Marneuli” radiosuna təşəkkür edirəm ki, bizim qastrolları və premyeraları paylaşır. Hər şeyi, teatrın fəaliyyətini özünüz görürsünüz. Deməyə heç nə yoxdur. Özünüz də görürsünüz ki, tamaşalarmız, qastrollarımız olur. Beynəlxalq festivallarda uğurla çıxış edirik. Gürcüstanın Türkiyədəki səfirliyinə təşəkkür edirəm. Bizim tamaşamıza dəstək oldular. Tamaşaya da gəldilər. Yüksək qiymətlə qayıtdıq. Ümumiyyətlə başqa festivallardan da uğurla qayıtmışıq. Demək olar ki, bir il ərzində, misal üçün, keçən ilin noyabr ayından bu ilin noyabr ayına qədər götürsək, üç festivalda iştirak etmişik. Qazaxıstanda, Türkiyənin Dənizli şəhərində və indi də Ankarada. Teatr inkişaf edir. Teatrda heç nə edilmir – bu yalandır. Artıq sözüm yoxdur”.

Teatrın planlarından da danışan Vəlizadə bildirdi ki, onların planları həmişəki kimi zəngindir.

“Yeni ildən sonra qastrollarımız, festivallarımız, yeni premyeralarımız olacaq. Köhnə repertuarlarımızı yadan çıxarmayacağıq. Köhənə tamaşalarımızı da yenidən səhnələşdirəcəyik. Yeni tamaşalarımız da olacaq. Həmişəki kimi davam edəcəyik, teatrı yaşadırıq. Teatr da öz fəaliyyətini davam etdirir. Teatr üçün də əməyimizi əsirgəmirik. Kimsə deyirsə, teatrda iş getmir – bu yalandır. Hər şeyi siz də görürsünüz.”

Turqayın dediyinə görə, bu günə qədər onların tamaşaları çox olub. Onun sözlərinə görə, teatra başqa dəvət olunmuş rejisorlar da cəlb edilib.

“Teatrmıza 3 rejisor dəvət olunub. Sadəcə olaraq bu il dəvət etmədik. Özüm də çalışmağa başladım. Teatrmızda 3 dəvət olunmuş rejisorun və özümün də hazırladığım tamaşalar olub. Pandemiya zamanı olan 2 ili çıxmaq şərti ilə 3 il ərzində 3 rejisor dəvət olunub. Onu da əlavə edim ki, ilk dəfə teatrda gürcü dilli tamaşa mənim rəhbərlik vaxtımda olub. Tamaşalara azərbaycan və gürcü yazıçıları ilə yanaşı xarici dramaturuqların pyeslərinə də müraciət edirik. Əlbədtdə gələcəkdə də müraciət edəcəyik. Hal-hazırda indi azərbaycanlı dramaturuq, gənc xanım Pərvin Nuranəyevanın pyesi əsanında hazırlanım tamaşanın premyerasına hazırlaşırıq. Bu günə qədər hazırladığım tamaşalar bunlardı. Üzeyir Hacıbəyovun “Ər-arvad” tamaşası. İtaliyan dramaturuqunun “Mono” tamaşası, “Morfi” tamaşası və 3 dəvət olunmuş rejisorun hazırladığı tamaşa. 4 tamaşa mənim rəhbərliyim altında hazırlanıb”.

Aidə Tağıyevanın fikirlərinə də münasibət bildirən bədii rəhbər bildirdi ki, hal-hazırda köhnə əməkdaşlar da tamaşalarda oynayırlar. Onun dediyinə görə, teatrın aktrisası Aidə Tağıyeva həttda baş rolda oynayır.

“Hansı ki, həmin tamaşaların birində də onun (Aidə) özü oynayır. Özü də baş rolda. Artıq nə deyə bilərəm. Nəyə etirazı var, mən başa düşmürəm. Onun oynadığı tamaşa pandemiya zamanı hazırlanmışdı. Sonra Aidə dekretə çıxdı. O, dekretdən qayıdandan sonra bu ilin iyul ayında “Əziznisə” tamaşasını premyerasını keçirdik. Hal-hazırda indi onun gürcüdilli premyerasını hazırlayırıq. Aidə də baş roldadır. Mən başa düşmürəm ki, onun etirazı nədir. Teatr adi rejimdə işləyir”.

Dram teatrın rəhbərinin sözlərinə görə, teatra yeni əməkdaşlar cəlb olunur və yenə də cəlb olunacaq. Onun dediyinə görə, onun əməkdaşları bəzi hallarda daxili qaydaları pozur və buna görə də bəzi əməkdaşlarına töhmət də verib.

“Aidə çox sayda teatrın daxili qaydasını pozub. İki dəfə töhmət də alıb. Repetisiya zamanı özünü peşəkar aparmayıb. Repetisiya zamanı təhqirə yol verib. Məni təhqir edib və repetisiya prosesini dayandırmağıma səbəb olub. O, qeyri peşəkar hərəkətinə və təhqirə görə bir töhmət alıb. İkici töhmət də alıb. Onu da məzuniyyət vaxtının bitiyinə görə alıb. Məzuniyyət vaxtının bitdiyinə görə nə məni, nə drektoru, nə truppa rəhbərini, nə də ki, texniki rejisoru xəbərdar etməyib. Məzuniyyətdən qayıtmayıb. Truppa yığıncağına da gəlməmişdi. Xəbərdarlıq etməmişdi. İkinci xəbərdarlığı da elə onlara görə almışdı. Başqa şeylərə getsək, neçə dəfə mən ona şifahi töhmət vermişəm. Yazılı töhmət verməmişəm. Buna baxmayaraq məni təhqir edib və buna da reaksiya verməmişəm. Yalan danışır. Özünü kimdənsə artıq göstərir. Ona görə də iki töhməti var. Hətta ona çox yumşaq töhmət vermişəm. Teatrın daxili qayda-qanunlarına da tabe olmaq lazımdır. Heç kimi təhqir etməməlisən. Amma əksinə Aidə tərəfindən mən təhqir olunmuşam. Mənə pis sözlər deyib. Ona yenə də hərəkətlərinə görə töhmət vermək olarıdı, amma verməmişəm. Bu da qalxıb artıq-əskik söyləyir. Bu gözəl deyil. Kim kimi seçir, mən başa düşmürəm”.

Turqay Vəlizadə onu da bildirdi ki, teatrın bütün aktyor və aktrisalarının hamısı tamaşalarda iştirak edir. O, bu cür yalan məlumatın yaymağın pis bir şey olduğunu bildirdi.

“Bu dezinformasiyadır. Bu düz olsa, başımız qurban. Ancaq düz olmayan məlumatı yaymaq, dezonformasiyadır və yaxşı şey deyil. Sən çalışdığın yerlə bağlı niyə yalan məlumat yayırsan. Bu düz deyil. Faktın olmalıdır. Fakt olmayan yerdə hər şey yalandır. Yenə deyirəm, yeni aktrisa və aktyorlar cəlb olunub. Hətta Aidə tərəfindən o aktrisa və aktyorlara qarşı təzyiq və təhqir də olub. Amma mən həmişə çalışmışam ki, teatrda ayrı seçkilik olmasın. Həmin aktyorlar tərəfindən Aidəyə qarşı nə bir təzyiq, nə də ki, təhqir olub. Əksinə həmişə başlarını salıb, işləri ilə məşğul olublar. Mən bilmirəm, bu Aidə tərəfindən qısqançılıqdırmı. Yaxud nədir, mən bilmirəm. Özümü deyir yeni əməkdaşlar cəlb olunmalıdır. Cəlb etmişik. Onun tərəfindən yeni əməkdaşlara qarşı təzyiq və təhqirlər olur. Nəyə görə? Mən başa düşmürəm. Bu qısqanclıqdırmı? Mən bilmirəm. Baxmayaraq Aidənin maaşıda onlardan yüksəkdir. Hal-hazırda baş roldadır. Söhbət nədən gedir, başa düşə bilmirəm”.

Xatırladaq ki, bir müddət öncə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktrisası Aidə Tağıyeva teatrın vəziyyəti və daxilində baş verən proseslər haqda danışmışdı. O, bildirmişdi ki, son 5 il ərzində teatrda 4 yeni tamaşa səhnələşdirilib və bu da utanverici bir haldır. Aktrisanın “Marneuli” radiosuna dediyinə görə, dövlət teatrının bu vəziyyətə gəlib çıxmasının əsas səbəbkarı teatrın bədii rəhbəridir.

Print Email
FaceBook Twitter Google