Tbilisidə gənc, həvəskar rəssam Afət Kazımovanın fərdi sərgisi keçiriləcək
11 dekabr tarixində Tbilisidə gənc, həvəskar rəssam Afət Kazımovanın fərdi sərgisi keçiriləcək. Alyans Gənclər Mərkəzinin təşkilatçılığı və "Run Express" kargo şirkətinin maddi dəstəyi ilə keçiriləcək sərgi saat 13:00-da başlayacaq və 18:00-a kimi davam edəcək.

Gənc rəssamın "Marneuli" radiosuna verdiyi məlumata görə, artıq bu onun ikinci sərgisidir. Onun sözlərinə görə, o, həm təhsil alır, həm işləyir, həm də öz sevdiyi rəsmlərini çəkir.

"Bu mənim artıq ikinci sərgimdir. İlk sərgim Qaraçöpdə baş tutmuşdu. Çünki bizim kənddə bu günə qədər sərgi açılmayıb. Mən də ilkə addım atmaq istədim".

Kazımovanın dediyinə görə, o, bu günə qədər rəsm sahəsindən heç kimdən dərs almayıb və özbaşına öyrənib.

"Mən bu günə qədər rəsm dərsi almamışam. Öz-özümə öyrəndim və bu vəziyyətə gəldim çıxdım. İndi öz sərgilərimi açıram. Mən kəndimizin adını tanıtmaq istəyirəm. Hər valideyn kimi ailəmin də mənə çox əməyi və əziyyəti keçib. Çox çalışaraq qarşılığını uğurlarımla ödəmək istəyirəm. Onların gözlərindəki fəxri, qüruru, sevinci, olmaq üçün bu sərgi sayəsində daha da irəli gedəcəyimi düşünürəm. Bununla yanaşı qarşıda daha böyük planlarım var. Bunun üçün çalışıram".

Gənc rəssamın dediyinə görə, sərgidə bir mövzudan ibarət əsərlər nümaiş etdirilməyəcək.

"Rəsmlərim natürmort, peyzaj, portret, 3D və öz fikirlərimdən ibarət çəkdiyim rəsimlərdən ibarətdir. Çəkdiyim rəsmlər bir mövzudan deyil, hər bir mövzudan rəsmim olacaq".

Afət Kazımovanın sərgisində iştirak etmək sərbəstdir. Hər istəyi olan şəxslər sərgidə iştirak edə bilər.

Ünvan: Alexander Kazbegi prospekti #44

Print Email
FaceBook Twitter Google