Pəri Xanım Sofiyevanın yolunu gedən qızlar (VİDEO)
Bir əsr bundan əvvəl, yaxında, Marneulidən 40 km məsafədə, Qaracalar kəndində insan hüquqları və söz azadlığı üçün mübarizə aparırdı. 1918-ci ildə 34 yaşlı müsəlman qadın demokratik yolla siyasi mövqe əldə edib. Pərixanım Sofiyeva ilə bizi 6 il əvvəl tarixçi İrakli Xvadaqiani tanış etdi. Sofiyeva dünyada demokratik yolla seçilmiş ilk müsəlman deputat qadındır. Təbii ki, sual yaranır, bu gün, 21-ci əsrdə qadın fəallığı problem olaraq qaldığı halda o, bunu necə bacarıb?

Pərixanım Sofiyevanın nəslinin davamçıları deyirlər ki, onun həyata keçirdiyi işlər Qaracalar kəndində bir çox nəsillərə öz faydasını verib.


Pərixanım 100 il əvvəl hesab edirdi ki, qadın üçün təhsil almaq mühümdür. Qohumları deyirlər ki, Qaracalardan olan 3 qadına Tbilisidə təhsil almağa kömək edib. Şəhərdə onları yaşayış yeri ilə təmin edirmiş və maddi dəstək göstərirmiş.

Gürcüstanda qadınların siyasi-ictimai həyata qoşulması yenə də problemdir. Regionlarda cəsarətli qadınlarımız var. Ancaq Pərixanımın hekayəsini hamı bilməlidir ki, bu xanımın cəsarəti yeni nəslin qızlarına daha da güc versin. Deputat qadının adının məşhurlaşdırılması üçün doğma kəndində xatirə divarı açılıb. Tbilisinin küçələrindən birinə Pərixanım Sofiyevanın adının verilməsinin təşəbbüskarı isə hüquq müdafiəçisi Samirə Bayramovadır.

Pərixanımın seçilməsindən 100 il sonra, Gürcüstanda qadınların siyasi həyata qoşulması üçün kvota sistemi qəbul etdilər. Bu süni müdaxilə mexanizmidir. Məqsədi qadınların fəallığıdır. 2001-ci ildə bu qayda ilə Marneuli Bələdiyyə Məclisinə 7 qadın seçildi. Bu günə qədər onlar tərəfindən qadınların gücləndirilməsinə istiqamətlənən hər hansı ideya təşəbbüsü görməmişik. Yenə də inanmaq istəyirik ki, Pərixanımın timsalında motivasiyalı gənc qızlar daha çox cəsarətli və dəyişikliklərə istiqamətlənmiş olacaqlar.

Print Email
FaceBook Twitter Google