Marneuli İctimai Kitabxanası və Marneuli Amerika Guşəsi yeni il
bayramı ilə əlaqədar yeniyetmələri
“Milad mahnısı” animasiya filminin nümayişinə dəvət edir. Filmin
nümayişi 12 yanvar saat 14:00-da baş tutacaq.
“Bildiyiniz kimi, film Çarlz Dikkenzin “Milad mahnısı”
nağılına əsasən çəkilib. Filmin nümayişinə qədər yeniyetmələri
təqdimat olaraq Dikensin bioqrafiyası, yaradıcılığı ilə tanış
edəcəyik”, – Marneuli İctimai Kitabxanası yazır.
Filmin nümayişində iştirak etmək sərbəstdir.