“Evdə tək” filminin ulduzu Devin Retrey ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilib.
Bu barədə 47 yaşlı sənətçinin ailə üzvü məlumat verib.
Məşhur ailə komediyasında Bazz Makkallister adlı obrazı canlandıran
aktyor - baş qəhrəmanın böyük qardaşı sağalmaq və həkimin
göstərişlərinə əməl etmək üçün artıq evə göndərilib.
Onun xəstəxanaya yerləşdirilməsinə nəyin səbəb olduğu məlum
deyil.
Retrey barəsində məişət
zorakılığı işi üzrə məhkəmə prosesi 22
yanvar 2024-cü ildə başlamalı idi. Onun səhhətinə görə münsiflər
məhkəməsi fevral ayına təxirə salınıb.
2021-ci ilin dekabr ayında Devin Retrey, keçmiş sevgilisinin
dediyinə görə, ona hücum edib və onu öldürəcəyi ilə hədələyib.
İddiaçının sözlərinə görə, aktyorun qəzəblənməsinə səbəb qadının
onun pərəstişkarlarına onun iki avtoqraflı fotosunu verməsi və
bunun üçün onlardan pul istəməməsi olub.
Mənbə: oxu.az