Türkiyə ilə Gürcüstan arasında 2024-2028-ci illər üçün mədəni
əməkdaşlıq proqramı imzalanıb.
Bununla bağlı İstanbulda keçirilən tədbirdə əməkdaşlığa dair sənədi
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və
Gürcüstanın Baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea
Tsulukiani imzalayıblar. Sənədə əsasən, hər iki ölkənin ərazisində
osmanlı və gürcü mədəni irsinin qorunması, bərpası ilə bağlı işçi
qrupu
yaradılacaq, tədbirlər planı hazırlanacaq.
Proqramla bağlı məlumat verən nazir Ersoy bildirib ki, Türkiyənin
Artvin və Ərzurum vilayətlərində bir çox əsər qorunub saxlanılır və
bu əsərlərin bərpasına 4,5 milyon ABŞ dollarından çox vəsait
ayrılıb.
Nazir bu proqramla qarşılıqlı araşdırmaları daha da irəli
aparacaqlarını ifadə edərək ümumi mədəni irsi qorumaqla yanaşı,
mədəniyyətin bütün sahələrində əlaqələri dərinləşdirmək niyyətində
olduqlarını deyib.
Mənbə: azertac.az