Bolnisidə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

Bolnisi Bələdiyyəsi Meriyasının təşkilatçılığı ilə Mədəniyyət Evində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib.


Bu barədə Bolnisi Bələdiyyəsi məlumat yayıb.

Bolnisi Bələdiyyəsi meriyasının xanımlara hədiyyəsi olan Mədəniyyət evində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Nato Qelaşvili oğulları Qiorqi və Luka Çoxonelidze və qrupla iştirak edib. Səhnədə tamaşaçılar üçün gürcü bəstəkarları və Nato Qelaşvilinin yaratdığı musiqi şedevrlərindən bir sıra tanınmış mahnılar səsləndirilib.

Tədbirdə Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili həyat yoldaşı ilə birlikdə iştirak edib”, - meriyanın yaydığı məlumatda qeyd olunur.



 

Print Email
FaceBook Twitter Google