Tbilisi Dövlət Azərbaycan Dram Teatrı Marneuli, Qardabani, Bolnisi və Laqodexidə qastrol səfərlərdə olublar (FOTO)
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının kollektivi Marneuli, Qardabani, Bolnisi və Laqodexi bölgələrində qastrol səfərlərdə olublar. Teatrdan “Marneuli” radiosuna verilən məlumata görə, dram teatrının aktyorları qastrol səfərlərində Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" və Əziz Nesinin "Öldür məni, əzizim" tamaşası ilə səhnəyə çıxıblar.

“Tamaşalar uğurla nümayiş etdirildi və tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılandı”,
– verilən məlumatda deyilir.
  • 7 may tarixində Marneuli şəhərinin Mədəniyyət Mərkəzində Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir.
  • 13 may tarixində Əziz Nesinin "Öldür məni əzizim" əsərinin motivləri əsasında hazırlanmış tamaşa Qardabani şəhərinin Mədəniyyət Mərkəzində nümayiş etdirilib və tamaşanın quruluşçu rejissoru Qiorqi Apxazavadır.
  • 4 iyun tarixində Bolnisi teatrında Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olunub və tamaşanın quruluşçu rejissoru Qiorqi Apxazavadır.
  • 14 iyun tarixində Laqodexi rayonunun Qabal kəndində Əziz Nesinin "Öldür məni əzizim" əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib və tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir.
Tamaşada rolları Turqay Vəlizadə, Telman İsfahanlı, Nərmin Həsənova, Mədinə Həsənova, Esmiralda Məmmədovaa, Nairə Məmmədova, Aidə Tağıyeva və Fuad İsfahanlı ifa ediblər.

Teatrdan verilən məlumata görə, bu cari ildə onların ilk qastrol səfərləridir.

Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qastrol səfərləri Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin maddi dəstəyi ilə reallaşıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google