Kürtlər kəndində Həzrət Məhəmməd (s) Peyğəmbərin mövludu münasibətilə tədbir keçirildi (FOTO)
22 sentyabr tarixində Marneuli rayonunun Kürtlər kəndində Həzrət Məhəmməd (s) Peyğəmbərin mövludu münasibətilə tədbir keçirilib. Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, Kosalı mədrəsəsinin rəhbəri Natiq Əliyev, Kvemo Kartli müftisi Bəxtiyar Tanrıverdiyev, Marneuli müftisi Tahir Bayramov, Gənclərə Yardım Fondunun rəhbəri Musa Hacıyev, kənd imamı Teymur Qəhrəmanov, din xadimləri, Türkiyədən gələn qonaqlar, dövlət nümayəndələri, kənd sakinləri və dəvət
olunmuş qonaqlar iştirak edirdilər.

Tədbir din xadimlərinin Qurani-Kərimidən oxuduğu ayələrlə başladı. Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov tədbirdə iştirak edən qonaqları salamlayaraq mövludun əhəmiyyətindən danışdı.

Tədbirdə iştirak edən digər din xadimləri də çıxış edərək Peyğəmbərin (s) həyatından və kəlamlarından, İslam dini haqda söhbət açdılar.

Sonda məclis iştirakçılarına ehsan süfrəsi açıldı. Bayram süfrəsi ətrafında təşkil olunan tədbir dua oxunmaqla yekunlaşdı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google