Tbilisidə “Komando” adlı tamaşanın premyerası keçirildi (VİDEO)
26 sentyabr tarixində “Era Teatrı”nın hazırladığı yeni tamaşanın premyerası keçirildi. “Komando” adlı tamaşanın premyerası Tbilisidə, Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında baş tutdu.

Tamaşanın əsas süjet xəttini 44 günlük ikinci Qarabağ müharibəsində yaralı əsgər yoldaşını döyüş meydanından sağ çıxarmağa çalışan komandirlərin və həkim Nigar xanımın göstərdiyi qəhrəmanlıq təşkil edib. Qeyri-bərabər döyüşdə əsgər və zabitlərin, bir vaxtlar
hərbçi olan atasının son arzusunu yerinə yetirmək üçün ağ xalat geyinib cəbhəyə yollanan tibb bacısının, yaralı əsgərlərin göstərdiyi qəhrəmanlıq nümayiş etdirilib.

Tamaşada baş rolları gənc aktyorlar Elnur Vəlizadə, Elvir Həsənoğlu, Gül Cəfərova və Əli İlqaroğlu ifa edirdilər. Tamaşanın quruluşçu rejissoru və müəllifi isə Anar Rafiqoğludur. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu cür tamaşaların hazılanmasında məqsəd əsgər və zabitlərinin qəhrəmanlıqlarını nümayiş etdirməkdir. Rejissor onu da əlavə etdi ki, bu tamaşa onların sonucu tamaşası olmayacaq. Bundan sonra da bu və digər mövzularda yeni tamaşalar hazırlayacaqlar.

Rollarda iştirak edən aktyorlar çox həyəcanlı idilər. Onlar da qeyd etdilər ki, bu mövzuda səhnəyə çıxmaq onlar üçün çox sevincli və qürurvericidir.

Qeyd edək ki, tamaşa başlamazdan əvvəl müharibədə dünyasını dəyişən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, Azərbaycan xalqının azadlıq uğurundakı mübarizəsindən danışdı.

Sonra ikinci Qarabağ müharibəsində şəhid olan müharibə iştirakçılarının ailə üzvləri çıxış etdilər. Onlar da çıxışları zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra nümayiş etdirilən tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

“Komando” adlı tamaşada Azərbaycanın Gürcüstandakı səfiri və əməkdaşları, o cümlədən Türkiyənin və Türkmənistanın Gürcüstandakı səfirləri, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri, AZEBİ və digər təşkilatların rəhbərləri, iş adamları, din xadimləri, şəhid ailələrinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edirdilər.

Qeyd edək ki, tamaşa Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Era Teatrı” tərəfindən hazırlanıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google